SON DƏQİQƏ
» » Azərbaycanda iki internet provayderi CƏRİMƏLƏNDİ

Azərbaycanda iki internet provayderi CƏRİMƏLƏNDİ

Tarix:

15-03-2024, 12:35

/ 3 074 dəfə oxundu.
Azərbaycanda iki internet provayderi CƏRİMƏLƏNDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) iki internet provayderini cərimələyib.
GunAz.az xəbər verir ki, uçota alınan operator və provayderlərin fəaliyyətini əks etdirən məlumatların verilməsinə müəyyən edilmiş müddətin bitməsinə baxmayaraq, bir neçə internet provayder həmin məlumatların təqdim edilməsindən yayınır.
Dəfələrlə xəbərdarlıq edilsə də, məlumatların təqdim edilməsindən yayınan “Fibernet” və “ButaTelecom.az” MMC-lərlə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, inzibati xəta haqqında protokolun tərtib edilməsi təmin edilib və baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəməyə göndərilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ