SON DƏQİQƏ

Qəhrəmanımızı TƏBRİK EDƏK

Tarix:

28-02-2024, 11:23

/ 3 940 dəfə oxundu.
Qəhrəmanımızı TƏBRİK EDƏK

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rol oynayıb. Bundan başqa Azərbaycan xüsusi təyinatlıları Pakistan, ABŞ və digər ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edirlər. Ötən dövrdə Azərbaycan xüsusi təyinatlıları dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda ilk yerlərə çıxıblar.
Azərbaycanda Xüsusi Təyinatlılar 44 günlük müharibıdə öz çevikliyi, taktikaları ilə Şuşanı heç bir orduya məlum olmayan gedişlərlə aldılar.
XTQ-nin isə komandanı general-leytenant Hikmət Mirzəyevdir. Ona polkovnik rütbəsini ümummilli lider Heydər Əliyev şəxsən özü təqdim edib, 2002-ci ildə isə H.Əliyevin sərəncamı ilə general-mayor rütbəsini alıb. Ali Baş Komandan isə Hikmət Mirzəyevə general-leytenant rütbəsi verib.
H.Mirzəyevin hər bir rütbəsində dövlətə dərin xidmət var. O, 2016 və 2020-ci illərdə Qarabağda aparılan hərbi əməliyyatların əsas rəhbərlərindən olub. Cəbrayıl rayonunun, Şuşa şəhərinin işğaldan azad edilməsi əməliyyatının rəhbəri idi. Onun yetişdirdiyi xüsusi təyinatlı qüvvələr digər qoşun növlərindən tamamilə fərqlənirlər. Xüsusi təyinatlı zabitlərimiz Ordumuzun görən gözü, vuran qolu, düşünən beyni hesab olunur.
H.Mirzəyev dünya miqyasında qəbul olunan əfsanəvi hərbçidir. O, dünyanın istənilən bölgəsində, istənilən relyefdə (dağ, meşə, səhra, su və s.) mümkünsüz olan hərbi əməliyyatları həyata keçirə bilən sərkərdədir.
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Xüsusi Təyinatlı Qüvvələrin komandanı, general-leytenant Hikmət Mirzəyev müdafiə nazirinin müavini - Quru Qoşunlarının komandanı təyin edilib. Müharibədən sonra ölkə başçısı İlham Əliyev, cənab generala “Vətən müharibəsi qəhrəmanı” adı verib, onu Cəbrayıl, Füzuli, Qubadlı, Kəlbəcər və Şuşanın azad olunmasına görə medalları ilə təltif edib. Bunları sadalamaqda məqsədimiz yaddaşları yeniləmək və belə qəhrəmanların az-az yetişməsini sizlərə çatdırmaq və Xüsusi Təyinatlı Qüvvələrin komandanı, Vətən Müharibəsi Qəhrəmanı, general-leytenant Hikmət Mirzəyevin doğum gününün olmasıdır. Bu münasibətlə cənab generalı təbrik edir, gələcək xidmətlərində uğurlar arzulayırıq.
Ədib İSAOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ