SON DƏQİQƏ

İki vacib sənətin USTASI İLƏ SÖHBƏT

Tarix:

19-01-2024, 12:03

/ 5 928 dəfə oxundu.
İki vacib sənətin USTASI İLƏ SÖHBƏT

Hər bir insanda bir İlahi qüvvə var, kimsə onu açıq şəkildə insanlara çatdıra bilir, kimsə də tənbəlliyindən və ya utandəğından onu özü ilə o biri dünyaya aparır. Kimsə həmin İlahi qüvvədən insanlara xeyir verərək gəlir mənbəyinə çevrilir, kimsə də həmin qüvvədən istifadə edərək insanları soyub talayaraq gəlir əldə edir.
Yolum tez-tez Qaradağ rayonuna düşdüyündən yolun kənarında məni özünə cəlb edən bir balaca ofis maraqlandırırdı. Qapıda yazılmışdı "Ayaqqabı təmiri" və "Saat təmiri". Məni maraq gütürdü ki bu balaca yerdə iki usta necə işləyə bilər. Saatımı bəhanə edərək yaxınlaşdım həmin ofisə, içəri daxil olanda bir cavan oğlan məni hörmət-izzətlə qarşılayaraq buyurun dedi:
-Sizə necə kömək edə bilərəm
Soruşdum siz saatsazsız?
-Bəli
Bəs ayaqqabı ustası kimdi?
-O da mənəm.
Saatı açıb ona uzatdım ki, bu saat tez-tez dayanır, heç nə demədən saatın bateriyasını dəyişdi və saat başladı işlməyə. Soruşdum birdən yenə dayansa nə edim?
-İşləyəcək narahat olmayın,əgər işləməsə burdayam.
Bu cavan oğlanı sorğu-suala tutdum. Adın soruşdum.
-Adım Emin soyadım Babayev.
Emin bir-birindən uzaq olan bu sənədləri necə öyrənmisən?
-Əmi biz uşaqlıqda çox kasıb olmuşuq, elə olurdu ayaqqabı tapıb geyinə bilmirdik çox vaxtı ayaqyalın gəzirdik. Hər dəfə Ayaqqabı təmirinin yanından keçəndə həsrətlə baxırdım ki, kaş dağılmış ayaqqabilarımızı təmir edərdilər. Nəhayət 13 yaşında Lökbatanda ustanın yanına gələrək dedim əmi, mən ayyaqqabı təmirini öyrənmək istəyirəm. Usta mənə yanakı baxaraq dedi ki, bala sən uşaqsan hələ. Dedim əmi mənə pul lazım deyil öyrənmək istəyirəm. Ustaya bəlkə də rəhm gəldi və dedi: "Sabahdan gələrsən". Beləcə bu sənəti dərindən öyrəndim və tez bir zamanda pul qazanmağa başladım.O ki, qaldı saatsazlığa,yanımıza bir saat ustası gələrək bildirdi ki, yanınızda yer var bəlkə mən də burda ustalıq edim. Biz razılaşdıq və bu minvalla ona köməklik etməklə saatsazlığı da öyrəndim.
İndi qədim saatları, yeni saatları və ayaqqabıları təmir edir dolanıram. Allah bərəkət versin!
Dediyimiz İlahi qüvvədən səmərəli istifadə edib hörmət qazanmaq hər birimizə qismət eləsin.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ