SON DƏQİQƏ
» » Ulu öndərin “Ermənilərə göndərin” dediyi film: “Hər şey yaxşılığa doğru” - VİDEO

Ulu öndərin “Ermənilərə göndərin” dediyi film: “Hər şey yaxşılığa doğru” - VİDEO

Tarix:

6-01-2024, 22:02

/ 5 018 dəfə oxundu.
Ulu öndərin “Ermənilərə göndərin” dediyi film: “Hər şey yaxşılığa doğru” - VİDEO

Ulu öndər Heydər Əliyevin “Ermənilərə göndərin” dediyi film - “Hər şey yaxşılığa doğru” yer üzündə baş verən bütün müharibələrə qara yumorla etiraz edir. Filmdə müharibənin törətdiyi acı reallıq öz əksini tapıb.
Bir zamanlar Bakıda yaşayan erməni Qarabağ müharibəsində həlak olur və cəsədini səhvən Bakıya göndərirlər. Bundan sonra Bakıda yaşayanlar tabutla nə edəcəyini bilmirlər və tragikomik vəziyyət yaranır.
Film Almaniyanın Oberhauzen şəhərində keçirilən festivalda dörd mükafat alıb və mükafatların hər birinin adında humanizm sözü var.
Birinci Qarabağ müharibəsində məğlub olmağımıza baxmayaraq, filmdə Azərbaycan humanizmi qabarıq şəkildə özünü göstərir. Papanın erməni meyiti yerinə qaynaqçıya şillə vurması, meyit üçün xüsusi keşiş gətirilməsi buna sübutdur. Bu filmə nəinki azərbaycanlılar, ermənilər də böyük maraq göstəriblər.
Filmin baş qəhrəmanı tabutdur. İçində azərbaycanlı əsgərin olduğu zənn edilən tabut gah Azadlıq meydanından keçir, gah da Şəhidlər məscidinin yanından. Filmin sonunadək tabutu qoymağa yer tapılmır.
Ətraflı Baku TV-nin əməkdaşı Emil Hacıyevin araşdırmasında:

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ