SON DƏQİQƏ
» » İranda qadın cərrah hicaba görə universitetdən qovuldu

İranda qadın cərrah hicaba görə universitetdən qovuldu

Tarix:

14-12-2023, 21:06

/ 5 304 dəfə oxundu.
İranda qadın cərrah hicaba görə universitetdən qovuldu

Bir müddət öncə Gilan əyalətinin Babol şəhərində nümunəvi həkimlərin təltifetmə marisiminə məcbri hicabsız qatılan ağız və üz-çənə cərrahı Fatimə Rəcayirad Babol Tibb Elmləri Universitetindən xaric edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Fatimə Rəcayirad sosial media hesabındakı paylaşımda universitetdən qovulduğu barədə rəsmi məktub aldığını yazıb.
Qeyd edək ki, bundan öncə onun universitetdə dərs deməsinə qadağa qoyulub. Bununla yanaşı təltifetmə mərasimində iştirak edən Amol şəhər Tibb Universiteti fakültəsinin dekanı, “Xomeyni” xəstəxanasının məsul şəxsi və Mazandaran əyalətinin Səhiyyə İdarəsinin rəhbəri tutduqları vəzifədən azad ediliblər.
скачать dle 12.1

Şərhlər