SON DƏQİQƏ

Əyilməz qaladır Azərbaycanım! -Məmməd Araz

Tarix:

1-12-2023, 21:02

/ 3 642 dəfə oxundu.
Əyilməz qaladır Azərbaycanım! -Məmməd Araz

MƏMMƏD ARAZ - 90
Üfüqdən üfüqə nur səpər yazı,
Vətəndir,torpaqdır könül dünyası,
Şöhrəti özünə şöhrət olası,
Əyilməz qaladır Azərbaycanım!
Məmməd Araz  
Bu gün Azərbaycan Yazıçılar Birliyinin  (AYB) "Natəvan" klubunda Azərbaycan ədəbiyyatında hər zaman adı qırmızı xətlə keçən,Azərbaycanın Xalq şairi, Əməkdar İncəsənət xadimi,"İstiqlal" ordenli, Əməkdar Mədəniyyət işçisi Məmməd Arazın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
Milli dəyərlərə,milli köklərə bağlılıq, vətənpərvərlik ruhunda, Vətənə sonsuz məhəbbət tərənnüm olunan şeirləriylə çoxsaylı sevənlərinin ürəyinə yol tapan,Azərbaycan ədəbiyyatının parlaq simalarından olan Məmməd Araz adı Azərbaycan poeziyası var olduqca yaşayacaq. RUHUN ŞAD OLSUN, ULU ŞAİR!
Rəsmiyyə Heybətağaqızı





скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər