SON DƏQİQƏ
» » UEFA-dan "Qızıl top"a yaşıl işıq: Bu mükafat ləğv edildi

UEFA-dan "Qızıl top"a yaşıl işıq: Bu mükafat ləğv edildi

Tarix:

3-11-2023, 16:49

/ 622 dəfə oxundu.
UEFA-dan "Qızıl top"a yaşıl işıq: Bu mükafat ləğv edildi

"France Football" nəşri "Qızıl top"un 2024-cü ildə keçiriləcək mükafatlandırma mərasimini UEFA ilə birgə təşkil edəcək.

Bu, əməkdaşlığın yalnız başlanğıcı olacaq. Səslərin idarəetmə sistemi və tədbirin rəsmi hissəsi dəyişməyəcək. Bu məsələlərdə "France Football" cavabdeh olacaq. Lakin UEFA tədbiri genişləndirmək üçün öz təcrübəsindən istifadə edəcək. Buna görə qurum özünün hər mövsümün əvvəlində ilin ən yaxşı oyunçusuna verdiyi mükafatı ləğv edəcək.

UEFA-nın istəyi ilə mərasimdə daha 2 mükafat əlavə ediləcək. İlin ən yaxşı qadın və kişi məşqçiləri də seçiləcək.

Qeyd edək ki, bir neçə gün öncə keçirilən mərasimdə də "France Football" və UEFA kiçik əməkdaşlıq edib. “Qızıl top” u Lionel Messi, UEFA-nın mükafatını isə Erlinq Haaland qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ