SON DƏQİQƏ
» » Xaricdən ölkəyə gətirilən bu şəxslərlə bağlı mühüm qərar

Xaricdən ölkəyə gətirilən bu şəxslərlə bağlı mühüm qərar

Tarix:

28-10-2023, 22:29

/ 2 957 dəfə oxundu.
Xaricdən ölkəyə gətirilən bu şəxslərlə bağlı mühüm qərar

Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşları (repatriant) ölkəyə gətirildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı əsasında müvəqqəti olaraq müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilir və onun reabilitasiyası 2 (iki) ay müddətində təşkil edilir. Repatriantın sosial xidmət müəssisələrinə qəbulu və ona xidmət göstərilməsi ilə bağlı tədbirlər Azərbaycan Respublikası Mülki Məcəlləsinə, “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” və “Sosial xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq həyata keçiriləcək.
Axar.az
xəbər verir ki, , bu, Prezident İlham Əliyev imzaladığı fərmanla təsdiqlənən “Xarici ölkədə çətin həyat şəraitində olan yetkinlik yaşına çatmayan Azərbaycan Respublikası vətəndaşlarının repatriasiyası və reabilitasiyası Qaydaları”nda əksini tapıb.
Repatriant üçün fərdi plan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İşçi qrupla razılaşdırılmaqla hazırlanacaq və həyata keçiriləcək. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçiləri tərəfindən reabilitasiya müddətinin sonunda yekun qiymətləndirmə hesabatı tərtib edilərək İşçi qrupa təqdim ediləcək. Reabilitasiya mərhələsində olan və ya reabilitasiyadan keçmiş repatriantın mənafeyinə uyğun şəkildə valideyninə və ya onu əvəz edən şəxsə qaytarılması istiqamətində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və qəyyumluq və himayə orqanı ilə birgə tədbirlər həyata keçirəcək.
Repatriantın valideyninə və ya onu əvəz edən şəxsə qaytarılması həyat və sağlamlığı üçün birbaşa təhlükə yaratdığı hallarda, Ailə Məcəlləsi ilə müəyyən edilmiş tədbirlər həyata keçiriləcək. Valideyn himayəsindən məhrum olan repatriant Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qərarı əsasında yerləşdiriləcək. Repatriant valideyninə və ya onu əvəz edən şəxsə qaytarıldıqdan və yerləşdirildikdən sonra həmin repatrianta münasibətdə sosial-psixoloji reabilitasiya işi plan əsasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq yerli qurumlarının mütəxəssisləri və digər aidiyyəti dövlət orqanlarının (qurumlarının) mütəxəssisləri ilə birgə davam etdiriləcək.
Repatriantın yaşadığı yer üzrə təhsilə cəlb edilməsi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təmin ediləcək.
скачать dle 12.1

Şərhlər