Ölkə ərazisində bir neçə gündür qeyri-sabit küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.
Bu sözləri açıqlamasında Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.
“Lakin bu gündən ölkə ərazisində hava şəraiti sabitləşəcək, sabah isə yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək. Bakıda və bölgələrdə hava şəraiti əsasən yağmursuz keçəcəyi gözlənilir”, - Məmmədova bildirib.
O qeyd edib ki, bir neçə gündür davam edən qeyri-sabit hava şəraiti əvvəlki illərlə müqayisədə eynidir:
“Oktyabr ayı keçid ayı kimi xarakterizə olunur. Ona görə də havanın qeyri-sabit keçməsi normaldır. Bəzi günlərdə havanın iqlim normasından bir qədər aşağı olduğu müşahidə edilib, yağıntılar bəzi yerlərdə insentiv xarakterli olub və havanın temperaturu aşağı enməsi səbəbindən dağlıq ərazilərdə qar yağmasına səbəb olub. Hava hazırda iqlim normalarına yaxındır”.