SON DƏQİQƏ

Bakıya yağış yağacaq, şimşək çaxacaq

Tarix:

29-08-2023, 14:46

/ 1 657 dəfə oxundu.
Bakıya yağış yağacaq, şimşək çaxacaq

Bakıda və Abşeron yarımadasında avqustun 30-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.


Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı ehtimalı var.


Arabir güclənən şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.


Havanın temperaturu gecə 20-23° isti, gündüz 24-28° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 762 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80%, gündüz 50-60% olacaq.


Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.


Havanın temperaturu gecə 19-23° isti, gündüz 24-29° isti, dağlarda gecə 9-14° isti, gündüz 14-19° isti olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ