SON DƏQİQƏ

Azərbaycanda dizel bahalaşacaq? - AÇIQLAMA

Tarix:

22-08-2023, 13:54

/ 1 692 dəfə oxundu.
Azərbaycanda dizel bahalaşacaq? - AÇIQLAMA

Hazırda dünyanın bir çox ölkələrində dizel yanacağı qıtlığı yaşanır. Dizel yanacağı ehtiyatları tarixinin ən aşağı səviyyəsinə enib. Ehtiyatların hazırkı səviyyəsi qarşıdakı qış aylarında iqtisadiyyatın tələbatını ödəməyə kifayət etməyə bilər və enerji məhsulunun qiymətini kəskin arta bilər.

Bəs ölkəmizdə dizelin qiyməti arta bilərmi?

Enerji məsələləri üzrə ekspert İlham Şaban Amerika və Avropada dizel yanacağının qiymətində artım olduğunu deyib:

"Lakin bunun ölkəmizə heç bir aidiyyəti yoxdur. Hazırkı vəziyyətdə Azərbaycanda dizelin qiymətinin bahalaşması gözlənilmir".

Ekspert qeyd edib ki, Azərbaycan dizel yanacağını idxal etmir.

"Bu yanacağın qiyməti dövlət tərəfindən tənzimlənir", - deyə o qeyd edib.
скачать dle 12.1

Şərhlər