Bu barədə Qafqazinfo.az-a Suraxanı Rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, Suraxanı Rayon İcra Hakimiyyətinin, Fövqəladə Hallar Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Suraxanı Rayon Polis İdarəsinin əməkdaşlarının birgə keçirdikləri tədbir nəticəsində özbaşına aparılan tikinti işlərinin qarşısı alınıb, zəbt olunmuş torpaq sahəsi əvvəlki vəziyyətinə qaytarılıb.
“Bildiririk ki, Vətən müharibəsi iştirakçısı olmuş sözügedən vətəndaşlar bundan öncə də bu kimi hallara cəhdlər etsələr də, bunun qarşısı alınıb və onlara müvafiq tövsiyə və xəbərdarlıqlar edilib”, - deyə açıqlamada qeyd olunur.
Sözügedən məsələ ilə bağlı mövcud qanunvericiliyin tələblərinə əsasən, lazımi tədbirlər görülməsi üçün Suraxanı RİH tərəfindən müvafiq məktublarla Suraxanı Rayon Polis İdarəsinə, Suraxanı Rayon Prokurorluğuna, FHN-ə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə müraciətlər ünvanlanıb.
[center]
[/center]