SON DƏQİQƏ
» » Preident: "Media cəmiyyətin yaxın köməkçisi olmalıdır"

Preident: "Media cəmiyyətin yaxın köməkçisi olmalıdır"

Tarix:

27-07-2023, 23:30

/ 2 753 dəfə oxundu.
Preident: "Media cəmiyyətin yaxın köməkçisi olmalıdır"

“İyulun 21-23-də keçirilmiş “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu auditoriya genişliyi, mövzu zənginliyi ilə Azərbaycanda, Cənubi Qafqaz regionunda və bütövlükdə dünyada mühüm əhəmiyyət daşıyan hadisəyə çevrildi. İki gün ərzində nüfuzlu media, jurnalist təşkilatları rəhbərləri, ekspertlər media və informasiya-kommunikasiya sahəsinin aktual məsələlərini ətraflı müzakirə etdilər.
Forumda çıxışında ölkə başçımız İkinci Qarabağ müharibəsinin gedişində xalqa müraciə­tin­də qürurla dediyi fikirlər ondan xəbər verir ki, Şuşa şəhəri Azər­bay­canın mədəniyyət paytaxtıdır, eyni zamanda, Şuşa bizim Qələbəmizin və sülhün rəmzidir. Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatmış hesab olundu. Eyni zamanda böyük fəxarətlə deyə bilərik ki, Şuşanın işğaldan azad olunması Azərbaycan xalqının və Rəşadətli Ordunun cəsarətinin rəmzidir.
Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, Azər­bay­can kimi ölkədə media qurumları işini olduqca yüksək səviyyədə quraraq işləməlidir ki, dövlətimiz üçün mühüm önəm daşıyan xəbərə, yaxşı və ya pis hazır olsun. Sosial media cəmiyyətin nəbzini hiss etməli və yaxın köməkçisi olmalıdır .

Bilman İSAQскачать dle 12.1

Şərhlər