SON DƏQİQƏ
» » Bunu edən sürücülər 100 manat cərimə olunacaq

Bunu edən sürücülər 100 manat cərimə olunacaq

Tarix:

18-07-2023, 17:51

/ 1 595 dəfə oxundu.
Bunu edən sürücülər 100 manat cərimə olunacaq

Аzərbаycаn Rеspublikаsının İnzibаti Хətаlаr Məcəlləsində edilmiş dəyişikliklərə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə görə nəqliyyat vasitələrinin sürücüləri yüz manat məbləğində cərimə ediləcək.

"Azərbaycan Dəmir Yolları" ASC-dən verilən məlumata əsasən, dəyişiklikdən əvvəl dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına görə səksən manat məbləğində cərimə nəzərdə tutulurdusa, hazırki dəyişikliklərdən sonra bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.

Eyni zamanda, dəyişikliklərə əsasən nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsi də inzibati xəta kimi təsbit edilmiş və bu tip yol hərəkəti qaydalarının pozulmasına görə cərimə məbləği yüz manat müəyyən edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ