SON DƏQİQƏ
» » Dərmanların baha satılmasının qarşısı alınacaq

Dərmanların baha satılmasının qarşısı alınacaq

Tarix:

14-07-2023, 12:45

/ 1 707 dəfə oxundu.
Dərmanların baha satılmasının qarşısı alınacaq

Qeydiyyata alınan dərmanların tənzimlənən qiymətlərdən baha satılmasının qadağan olunmasına dair layihə ilk oxunuşdan keçib.

Bununla bağlı "Dərman vasitələri haqqında" qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, təklif olunan dəyişikliklə dövlət qeydiyyatına alınan dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən yuxarı qiymətlərlə satılması qadağan edilir.

Qanunun hazırki bəndi isə belədir:

"Dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri tənzimlənmədən satışı və ya tənzimlənən qiymətlərdən fərqli qiymətlərlə satılması (dövlət satınalmaları zamanı və ya tibb müəssisələrinə təklif edilən topdansatış qiymətlərdən aşağı qiymətlər istisna olmaqla) qadağandır".

Layihə səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ