SON DƏQİQƏ
» » Bütün taksilərə taksometr quraşdırılacaq - RƏSMİ

Bütün taksilərə taksometr quraşdırılacaq - RƏSMİ

Tarix:

14-07-2023, 12:15

/ 1 675 dəfə oxundu.
Bütün taksilərə taksometr quraşdırılacaq - RƏSMİ

Azərbaycanda taksi kimi istifadə olunan bütün avtomobillərə taksometr quraşdırılacaq.

Bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.

Sənəddə deyilir ki, minik avtomobillərində onların qət etdiyi məsafənin, boşdayanmanın müddətinin uçotunun aparılması, gediş haqqının məbləğinin hesablanması və bu barədə sərnişinin məlumatlandırmasını təmin edən, taksi üçün nəzərdə tutulmuş fiskal yaddaşlı xüsusi cihaz (taksometr) və proqram təminatı olmalıdır.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ