SON DƏQİQƏ

42 yaşlı bağça müdiri iş yerində öldü

Tarix:

23-06-2023, 16:37

/ 1 524 dəfə oxundu.
42 yaşlı bağça müdiri iş yerində öldü

Qaxda bağça müdiri vəfat edib.

Hadisə rayonun İlisu kəndində baş verib. Kəndin uşaq bağçasının rəhbəri, 1981-ci il təvəllüdlü Məleykə Mahmud qızı Məmmədova işdə olarkən oturduğu yerdə halı qəfil pisləşib və yıxılıb.

Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, M.Məmmədova həyatını itirib. Onun ürək çatışmazlığından öldüyü bildirilir.

Qeyd edək ki, Məleykə Məmmədova 15 ildən artıq müddətdə İlisu kənd uşaq bağçasının müdiri vəzifəsində çalışıb.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ