SON DƏQİQƏ

Vətəndaşlarımız hara çox səfər edib

Tarix:

21-06-2023, 22:15

/ 2 702 dəfə oxundu.
Vətəndaşlarımız hara çox səfər edib

2022-ci ilin yanvar-may ayları ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 19,5 faiz artaraq 633,6 min nəfər olub.

Bu barədə GunAz.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

Qeyd edilib ki, Rusiya Federasiyasına gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 1,9 dəfə, Gürcüstana gedənlərin sayı 36,5 faiz artıb, İrana gedənlərin sayı 29,1 faiz, Türkiyəyə gedənlərin sayı 0,4 faiz azalıb. Ölkə vətəndaşlarının 39,0 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 9,4 faizi Gürcüstana, 7,9 faizi İrana, 19,4 faizi digər ölkələrə səfər edib. Gedənlərin 69,5 faizini kişilər, 30,5 faizini qadınlar təşkil edib.

 

2023-cü ilin yanvar-may aylarında xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 30,0 faizi dəmir yolu və avtomobil, 67,2 faizi hava, 2,8 faizi isə dəniz nəqliyyatından istifadə edib.

скачать dle 12.1

Şərhlər