SON DƏQİQƏ

Bu müəllimlər sertifikasiyadan azad olunur

Tarix:

16-06-2023, 14:23

/ 1 551 dəfə oxundu.
Bu müəllimlər sertifikasiyadan azad olunur

Son günlər iyunun 24-də keçiriləcək növbəti sertifikatlaşdırma imtahanında iştirakla bağlı çoxsaylı suallar ünvanlandığından qeyd etmək istərdik ki, 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakının könüllü olması ilə bağlı qanun layihəsi hər 3 oxunuşda Milli Məclisdə qəbul olunub. Layihə cənab Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək.

Bunu millət vəkili Vüqar Bayramov deyib.

"Milli Məclisin qəbul etdiyi yeni dəyişikliklərə əsasən, ümumtəhsil müəssisələrində 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür. Yəni əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu halda müəllim yalnız öz istəyi ilə sertifikatlaşdırmada iştirak edə biləcək. Sənəd dövlət başçısı tərəfindən imzalandıqdan sonra hüquqi qüvvəyə malik olur. Onadək isə əvvəlki qaydalar qüvvədədir”, - millət vəkili bildirib//axar.az
скачать dle 12.1

Şərhlər