Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) paytaxtda 28-30 aprel tarixlərində baş tutacaq Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda beton bariyerlərin quraşdırılmasına davam edir.
Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən verilən xəbərə görə, 20 aprel gecə 23:00-dan etibarən Rəsul Rza küçəsinin Neftçilər prospekti ilə kəsişməsi və Adil İsgəndərov küçəsinin Niyazi küçəsi ilə kəsişməsi nəqliyyatın hərəkətinə bağlanacaq.
Xatırladaq ki, ümumlikdə aprelin 24-də gecə 01:00-dan etibarən Bakı Şəhər Halqasının əhatə etdiyi prospekt və küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşacaq. Hərəkət 2 may, səhər saat 08:00-dan etibarən bərpa olunacaq.