SON DƏQİQƏ
» » Azərbaycanda bayram namazı bu tarixdə qılınacaq

Azərbaycanda bayram namazı bu tarixdə qılınacaq

Tarix:

17-04-2023, 17:36

/ 1 666 dəfə oxundu.
Azərbaycanda bayram namazı bu tarixdə qılınacaq

Azərbaycanda bu il Ramazan bayramının aprelin 21-də olacağı gözlənilir.

Bu sözləri açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

O bildirib ki, bayram namazı hər il olduğu kimi qılınacaq:

"Belə ki, namaz bəzi məscidlərdə saat 08:00-da, bəzilərində isə 09:00-da qılınacaq. Bu, imamlar və icma rəhbərləri tərəfindən qərarlaşdırılacaq. Fitrə zəkatları da həmişəki kimi bayram axşamından yəni aprelin 20-dən çıxarılır, bayram günü zöhr namazına kimi verilir. Fitrə zəkatının məbləği isə 10-15 manat tövsiyə edilir”.

Fuad Nurullayev sözlərinə görə, aprelin 19-da Ramazan bayramı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvası da rəsmi saytda yayımlanacaq.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ