SON DƏQİQƏ

Qadınların fədakar zəhmətinin BƏHRƏSİ

Tarix:

8-03-2023, 08:00

/ 3 383 dəfə oxundu.
Qadınların fədakar zəhmətinin BƏHRƏSİ

Bütün dünyada 8 Mart qadınlar bayramı qeyd olunur, Qarabağ savaşındakı şəhidlərimizin, Türk dünyasına faciə kimi daxil olan 2023-cü ilin faciəsini, ağrısını-acısını ən çox analarımız, bacılarımız çəksə də, onların 8 mart qadınlar bayramını təbrik  etməyə borcluyuq.
Ulu ğndər Heydər Əliyev qadınları həmişə yüksək tutmuş, ilk hakimiyyətə gəldikdən sonra qadınları dövlət sektorlarında yüksək vəzifəlrə təyin etmışdir.
 Heydər Əliyevin qadınlar haqqında dediklərindən:
-"Azərbaycan qadını hələ 30-cu illərin əvvəllərində çadranı atdı, öz azadlığını elan etdi, öz hüquqlarının sahibi olduğunu bəyan etdi və tarixi nöqteyi-nəzərdən qısa bir zamanda Azərbaycanda qadınlar cəmiyyətdə, həyatın bütün sahələrində özlərinə məxsus olan yeri tutdular. Biz fəxr edirik ki, Azərbaycan qadınları həm elmdə, mədəniyyətdə, təhsildə, səhiyyədə, həm də iqtisadiyyatın bütün sahələrində – sənayedə, kənd təsərrüfatında, ticarətdə, hər sahədə özlərini göstərdilər və ölkəmizin, millətimizin inkişafına öz töhfələrini verdilər.
Məhz qadınların bu cür geniş fəaliyyəti nəticəsində Azərbaycanda qısa müddətdə təhsil inkişaf etdi, insanlar savadlandı və Azərbaycan təhsili belə yüksək səviyyəyə qalxdı. Qadınların fədakar zəhməti nəticəsində Azərbaycanın səhiyyəsi belə yüksəklərə qalxdı. Mən bu sahələri ona görə xüsusi qeyd edirəm ki, bildiyiniz kimi, Azərbaycanda qadınlar bu sahələrdə işləyənlərin 60 faizini, bəlkə də, çoxunu təşkil edir.
Qadınlar cəmiyyətdə, həyatda göstərdikləri bütün xidmətlərlərinə görə, ən yüksək qiymətə layiqdirlər."
Bu gündə cənab Prezident İlham Əliyev bu ənənəni davam etdirərək qadınlarımıza yüksək qiymət verərək 8 mart bayramı ərəfəsində ictimai fəal qadınlarımızın əməyini qiymətləndirərək onları fəxri adlarla təltif etmişdir.
Bütün Analarımızı, Bacılarımızı Beynəlxalq 8 Mart qadınlar bayramı münasibəti ilə təbrik edirik.
Bilman İSAQ
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ