SON DƏQİQƏ
» » Dağıntılarda tapılan qızıl kəmərlərlərin SAHİBİ TAPILDI - VİDEO

Dağıntılarda tapılan qızıl kəmərlərlərin SAHİBİ TAPILDI - VİDEO

Tarix:

24-02-2023, 21:48

/ 4 736 dəfə oxundu.
Dağıntılarda tapılan qızıl kəmərlərlərin SAHİBİ TAPILDI - VİDEO

Kahramanmaraşda zəlzələlərdən sonra dağıntıların çıxarılması işləri zamanı bir qazma operatoru qızıl kəmərlərlə dolu çanta tapıb.
GunAz.az bildirir ki, xəbərdarlıq üzərinə gələn polis, protokolla dolu qızıl çantanı götürüb. Çantanın Kahramanmaraşın məşhur zərgəri İbrahim Zabuna məxsus olduğu müəyyən edilib.
Zəlzələ fəlakətində dağılan Pentapark mənzilində yaşadığı öyrənilən İbrahim Zabun və uşaqlarının dağıntılar altından sağ çıxıb-çıxmadığı məlum deyil.
Qızıl kəmərlərin hər birinin 10 min dollar dəyərində olduğu bildirilib.
Kahramanmaraş Polis İdarəsində saxlanılan qızıllar sağ qalsa İbrahim Zabuna, əks halda varislərinə veriləcək. Vərəsələrin çıxmaması halında qızıl kəmərlərin 5 ildən sonra Milli Mülkiyyətə keçəcəyi açıqlanıb.manset.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ