SON DƏQİQƏ
» » "Qardaş yumruğu"nun ləzzətini dadmadan Qarabağdan rədd olun- Teyyub Qənioğlu

"Qardaş yumruğu"nun ləzzətini dadmadan Qarabağdan rədd olun- Teyyub Qənioğlu

Tarix:

14-12-2022, 12:00

/ 3 204 dəfə oxundu.
"Qardaş yumruğu"nun ləzzətini dadmadan Qarabağdan rədd olun- Teyyub Qənioğlu

Rusiya "bədməramlılarının” nəzarətində olan yolun bir hissəsində ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT)  üzvləri və azərbaycanlı aktivistlər tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyası üçüncü gündür ki, davam edir.

Etirazçıların tələblərinə məhəl qoymayan "bədməramlı” qüvvələrinin komandanı, general-mayor Andrey Volkov etirazçıların suallarına cavab vermək üçün onlarla görüşdən hələ də imtina edir. Aydındır ki, A.Volkov belə yaramaz hərəkətini özbaşına etmir, Rusiya rəhbərliyinin tapşırığı ilə Azərbaycana qarşı yeridilən mənfur siyasəti can-başla həyata keçirir.

"Bədməramlıların” son günlərdə sərgilədiyi hərəkətlər göstərir ki, onlar müvəqqəti məskunlaşdığı ərazilərimizi Rusiya ərazisi hesab edirlər. Fil qulağında yatan bu bədbəxtlər hələ də anlamaq istəmirlər ki, QARABAĞ AZƏRBAYCANDIR! Onlar unudurlar ki, müvəqqəti yerləşdikləri ərazilər Abxaziya, Cənubi Osetiya, Dnestryanı, qondarma "DXR” və "Luqanski XR” deyil, Azərbaycan ərazisidir! Azərbaycanlı aktivistlərin Qarabağ iqtisadi rayonunda keçirdikləri etiraz aksiyası bird daha göstərdi ki, Azərbaycan dövlətinə, onun qəhrəman ordusuna, milli birliyə, "qardaş yumruğuna” arxalanan xalqımız "bədməramlılarının” və onların himayə etdiyi erməni quldurlarının ərazilərimizdə özbaşınalığna uzun müddət dözmək fikrində deyil!

Azərbaycan dövləti həmişə, hər zaman üzərinə götürdüyü öhdəlikləri vicdanla yerinə yetirib və 10 noyabr 2020-ci il tarixli üçtərəfli sazişə uyğun olaraq səbr və təmkin göstərir. Ancaq hər bir səbrin də bir sonu vardır! Azərbaycanın səbrini sınağa çəkməyin cənablar, ya üzərinizə götürdüyünüz öhdəliklərə əməl edin, ya da "qardaş yumruğunun” ləzzətini dadmadan Qarabağdan rədd olun!

Biz, Azərbaycan Təkamül Partiyası olaraq, Azərbaycanlı aktivistlərin Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilən etiraz aksiyasını dəstəklədiyimizi bəyan edirik və Rusiya "bədməramlılarından” üçtərəfli məlum sazişdən irəli gələn öhdəliklərinə əməl etmələrini tələb edirik! 
                                                                      
скачать dle 12.1

Şərhlər