SON DƏQİQƏ

Ordumuz rus texnikasını vurub?- Rəsmi

Tarix:

14-09-2022, 17:11

/ 2 092 dəfə oxundu.
Ordumuz rus texnikasını vurub?- Rəsmi

Ermənistan tərəfinin Azərbaycan Ordusunun bölmələrinin guya Gegarkunik vilayətində yerləşən Rusiya Silahlı Qüvvələrinin hərbi obyektinə və avtomobil texnikasına atəş açması ilə bağlı yaydığı məlumat tamamilə yalandır, həqiqəti əks etdirmir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bu cür məlumatı yaymaqla Ermənistan tərəfi Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi genişmiqyaslı təxribatlara beynəlxalq don geyindirmək və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını öz çirkin əməllərinə alət etmək məqsədi güdür.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu genişmiqyaslı təxribatların qarşısını almaq məqsədilə yalnız Ermənistan silahlı qüvvələrinin legitim hərbi hədəflərinə qarşı cavab tədbirləri görür.

скачать dle 12.1

Şərhlər