SON DƏQİQƏ

DYP bu sürücülərə müraciət etdi

Tarix:

7-09-2022, 18:53

/ 1 190 dəfə oxundu.
DYP bu sürücülərə müraciət etdi

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (DYP) asfalt örtüyünün dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib.

DYP-nin baş inspektoru, polis mayoru Araz Əsgərli Report-a açıqlamasında deyib ki, paytaxtın Fətəli xan Xoyski küçəsi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının qarşısından metronun "Nəriman Nərimanov” stansiyası istiqamətində asfalt örtüyünün dəyişdirilməsi məqsədi ilə müvafiq işlərin aparılması nəzərdə tutulub:

"Sürcülərdən xahiş edirik ki, həmin istiqamətdə hərəkətə üstünlük verməsinlər. Bu işlərin sentyabrın 12-si, səhər saatlarına qədər yekunlaşması nəzərdə tutulub. Anlayış göstərdiyinizə görə öncədən təşəkkür edirik!"

скачать dle 12.1

Şərhlər