SON DƏQİQƏ

İranda bütün uçuşlar ləğv olunacaq.

Tarix:

2-10-2024, 11:56

/ 269 dəfə oxundu.
İranda bütün uçuşlar ləğv olunacaq.

Yaxın Şərqdə hazırkı gərgin vəziyyətə görə İranda bütün aviareyslər ləğv edilib.
Gunaz.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Mülki Aviasiya Təşkilatının nümayəndəsi Cafar Yazerlu açıqlayıb.
"Uçuşların təhlükəsizliyini təmin etmək üçün İranda oktyabrın 3-ü səhər 05:00-a qədər bütün reyslər ləğv edilib", - deyə Yazerlu bildirib. 
Xatırladaq ki, oktyabrın 1-də İran İsrail ərazisinə kütləvi raket zərbələri endirib. İsrail Müdafiə ordusu İrandan ölkə ərazisinə təqribən 180 raket atıldığını bəyan edib.
скачать dle 12.1

Şərhlər