SON DƏQİQƏ

Bu müəllimlər məktəbə buraxılmaya bilər?

Tarix:

16-09-2021, 18:47

/ 3 840 dəfə oxundu.
Bu müəllimlər məktəbə buraxılmaya bilər?

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində olan təhsil müəssisələrində çalışan, əks-göstəriş sertifikatı təqdim edən müəllimlərin özlərinin razılığı ilə məktəblərə gəlməsinə müəyyən məhdudiyyətlər tətbiq edilə bilər.

Bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlim zamanı bildirib.

Onun sözlərinə görə, bu məhdudiyyət onların sağlamlığının qorunması məqsədi daşıyır:

"Təhsil Nazirliyinin müvafiq qərarına əsasən, vaksin olunmayan təhsil işçiləri məktəblərə buraxılmayacaq. Əsas hədəfimiz səhhətində heç bir problem olmayan təhsil işçilərinin bəhanəsiz şəkildə vaksin olunmasıdır".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ