SON DƏQİQƏ
» » Sentyabrın 15-dən ənənəvi tədris belə bərpa oluna bilər - Nazir şərtləri AÇIQLADI

Sentyabrın 15-dən ənənəvi tədris belə bərpa oluna bilər - Nazir şərtləri AÇIQLADI

Tarix:

8-04-2021, 10:37

/ 3 630 dəfə oxundu.
Sentyabrın 15-dən ənənəvi tədris belə bərpa oluna bilər - Nazir şərtləri AÇIQLADI

"Yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətdən Bakıda 54 %-i, Sumqayıtda 69 %-i, Abşeronda 60 %-i, digər bölgələrdə isə 50 %-i koronavirus əleyhinə peyvənd vurdurub”.

GünAz.az xəbər verir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib.

 

Nazir bildirib ki, bu rəqəmlər hər gün dəyişir: "

Hər hansı məktəbin işçi heyətinin 85 %-dən çoxu vaksinasiya prosesindən keçibsə, həmin təhsil ocağını müəyyən mənada təhlükəsiz məktəb kimi qiymətləndirə bilərik. Əminəm ki, təhsilin bütün sahəsi üzrə 80-90 % müəllim və texniki heyət peyvənd olunacaqsa, bu şərtlə sentyabrın 15-də ənənəvi tədrisə qayıda bilərik. Əks halda sadəcə hansısa qapanma və dalğalarla pandemiya uzun müddət davam edəcək. Ona görə də ən effektiv üsul peyvəndləmədir”.

O həmçinin xatırladıb ki, son aylarda gündəlik yoluxanların təxminən 4-6 %-ni müəllimlər təşkil edib:

"Həmin faiz sırf məktəblərdə yoluxmalarla bağlı deyil. Müəllimin də ailələri var və ailədaxili yoluxmalar qeydə alınır. Şagird yoluxması da 6-8 % təşkil edib. Bəzi məktəblərdə müəllimlər arasında kütləvi yoluxma faktları çox az hallarda qeydə alınıb və həmin təhsil ocaqları da distant tədrisə keçib”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ