SON DƏQİQƏ

Məktəblərdə tətilin müddəti uzadıldı

Tarix:

20-03-2020, 14:37

/ 2 224 dəfə oxundu.
Məktəblərdə tətilin müddəti uzadıldı

Azərbaycan Respublikasında koronavirus infeksiyasının (COVID - 19) yayılmasının qarşısının alınması və sosial təcridin gücləndirilməsi məqsədilə təxirəsalınmaz tədbirlər davam etdirilir.
Nazirlər Kabinetinin yanında Operativ Qərargahdan verilən məlumata görə, yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin martın 29-dan aprelin 18-dək (ilk tədris günü aprelin 20-si müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesinin dayandırılmasına və bununla bağlı bütün tədbirlərin təxirə salınmasına dair qərar qəbul olunub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ