SON DƏQİQƏ
» » Aqil Abbasın sərt tənqidinə NAZİRLİKDƏN CAVAB

Aqil Abbasın sərt tənqidinə NAZİRLİKDƏN CAVAB

Tarix:

16-10-2018, 22:30

/ 10 572 dəfə oxundu.
Aqil Abbasın sərt tənqidinə NAZİRLİKDƏN CAVAB

Millət vəkili Aqil Abbas bu gün Milli Məclisdə çıxışı zamanı məktəb dərsliklərində problemlərlə bağlı bəzi iradlarını bildirib.

GunAz.az xəbər verir ki, Təhsil Nazirliyinin Tədris resursları şöbəsinin müdiri Elvin Rüstəmov Report-a açıqlamasında millət vəkili Aqil Abbasın qeyd etdiyi fikirlərin heç bir məktəb dərsliyində yer almadığını bildirib:

"Ən təəssüfedici odur ki, millət vəkili dərsliklərlə bağlı ittihamları hər hansı araşdırma aparmadan irəli sürür. Bir daha bildirmək istərdik ki, dərslik tərtibatı çoxsaylı mərhələlərdən keçir. Dərslik layihələri çapdan öncə ən azı 6 ay ictimai müzakirəyə çıxarılır. Bu müzakirələrin nəticəsi olaraq, irad və təkliflər diqqətlə araşdırılaraq yekun variantda əks olunur. Ancaq təəssüf ki, hörmətli yazıçımız Aqil Abbasın indiyədək ictimai müzakirəyə çıxarılan dərsliklərlə bağlı hər hansı təklifinə və iradına rast gəlməmişik".

"Təhsil Nazirliyi dərsliklərin keyfiyyətinin qüsursuz olmasında ən maraqlı tərəfdir və bu istiqamətdə peşəkarcasına edilən hər bir tənqid və iradın nəzərə alınması üçün əməkdaşlığa hazırdır", - o deyib.

Qeyd edək ki, millət vəkili, tanınmış yazıçı Aqil Abbas bu gün Milli Məclisdə dərsliklərlə bağlı tənqidi fikirlər səsləndirib. O bildirib ki, Azərbaycanda zərərli informasiyaları dərsliklərin özü yayır.

Millət vəkilinin sözlərinə görə, üçüncü sinif dərsliyində erotikadan tutmuş ləhcəyə qədər, hər şey var və bəzi dərsliklər televizordan çox zərər verir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ