SON DƏQİQƏ

Xəzərin statusu-NAZARBAYEVDƏN AÇIQLAMA

Tarix:

29-12-2018, 10:07

/ 10 319 dəfə oxundu.
Xəzərin statusu-NAZARBAYEVDƏN AÇIQLAMA

Rusiya və Ukrayna bir-biriləri ilə birbaşa əlaqəyə keçməli və növbəti dəfə bir masa arxasına oturmalıdır.

GunAz.az xəbər verir ki, bu sözləri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev yerli mətbuata açıqlamasında deyib.

Kerç insidentinə toxunan qazax lider bildirib ki, Rusiya ilə Ukrayna başqalarından yardım gözləməməlidir.

Bundan əlavə, Nazarbayev Xəzər dənizində üçüncü ölkə əsgərlərinin olacağı ilə bağlı iddiaları da cavablandırıb:

“Xəzər dənizinin hüquqi statusu ilə bağlı 20 ildir ki, çalışırıq. Bu il Aktauda imzalanan sənədi tarixi olay adlandırmaq olar. Xəzərin sahilində yerləşən 5 ölkə olaraq, bu dənizin əməkdaşlıq, dostluq və qarşılıqlı anlayış dənizi olduğunu qeyd etdik. Xəzərin sahilində yerləşməyən heç bir ölkənin əsgəri burada ola bilməz”.

Dövlət başçısı eyni zamanda razılaşma çərçivəsində Xəzərlə bağlı xüsusi təhlükəsizlik protokolunun imzalanacağını da əlavə edib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ