4300-dən artıq məktəbimiz darmadağın, yerlə-yeksan edilib. Ölkəmiz dağıdılıb, terrorçuluq ölkəmiz boyunca hər yerə yayılıb. Terror, terrorçuluq bomba “effekti” daşıyır, hər şeyi vurub dağıdır, məhv edir. Bizim bugünkü durumumuz məhz belədir.
GunAz.az-ın xəbərinə görə, bunu Milli Məclisdə (MM) iki gündür davam edən Parlamentlərarası İttifaqın Gənc Parlament Üzvlərinin 5-ci Qlobal Konfransında çıxışı zamanı suriyalı parlamentari deyib.
Suriyalı deputat 2011-ci ilə, Suriya vətəndaş müharibəsinə sürüklənənə kimi, ölkəsində təhsilin ən yüksək səviyyədə olduğunu bildirib.
O xatırladıb ki, Suriyada təhsil hər zaman pulsuz, dövlət hesabına olub.
“Ancaq bu gün təhsildən danışmaq olmaz. Terrorçular tərəfindən ölkəmiz darmadağın edilib, məktəblər, xəstəxanalar yerlə-yeksan olunmuş vəziyyətdədir. Bunlar bizim üçün dəhşətli mənzərələrdir”, - deyə suriyalı deputat əlavə edib.