SON DƏQİQƏ
» » Türkiyədən Azərbaycanda bağlanan məktəblərlə bağlı təklif

Türkiyədən Azərbaycanda bağlanan məktəblərlə bağlı təklif

Tarix:

24-07-2018, 20:52

/ 10 306 dəfə oxundu.
Türkiyədən Azərbaycanda bağlanan məktəblərlə bağlı təklif

“Azərbaycan FETÖ ilə bağlı bizə ən güclü dəstəyi verən ölkələrin başında gəlir”.

GunAz.az xəbər verir ki, Bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

M. Çavuşoğlu bildirib ki, FETÖ bir çox ölkədə məktəb açıb və bu məktəblər sayəsində həmin ölkələrdəki bütün qurumlara sızmağa çalışıb: “FETÖ-nün məktəblərinə qarşı mübarizəni davam etdirəcəyik. Uşaq və ailələrin mənfi təsir altında qalmasını istəmirik. Azərbaycan da bu məktəbləri bizim “Maarif” Vəqfinə verə bilər”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ