SON DƏQİQƏ

Tramp Putini TƏBRİK EDİB

Tarix:

7-05-2018, 23:50

/ 10 423 dəfə oxundu.
Tramp Putini TƏBRİK EDİB

ABŞ prezidenti Donald Tramp Rusiya dövlət başçısı Vladimir Putini vəzifəsinin icrasına başlaması münasibəti ilə təbrik edib, iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid etdiyini bildirib.

Gunaz.az APA-ya istinadən bildirir ki, bu barədə Ağ Evin sözçüsü Sara Sanders bəyan edib.

"Prezident Tramp Putini təbrik edir və iki ölkə arasındakı əlaqələrin yaxşılaşdırılmasına ümid edir. Ümid edirik ki, Rusiya ilə yaxşı münasibətlərin qurulacağı vaxt gələcək", deyə S.Sanders bildirib.

Qeyd edək ki, bu gün Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ