SON DƏQİQƏ
» » Peskov Rusiya-ABŞ liderlərinin görüş məqsədlərini açıqladı

Peskov Rusiya-ABŞ liderlərinin görüş məqsədlərini açıqladı

Tarix:

25-03-2018, 17:00

/ 10 317 dəfə oxundu.
Peskov Rusiya-ABŞ liderlərinin görüş məqsədlərini açıqladı

Kremlin sözçüsü Dmitri Peskov Rusiya prezidenti Vladimir Putinlə amerikalı həmkarı Donald Tramp arasında baş tuta biləcək görüşün detallarını açıqlayıb.

Gunaz.az xəbər verir ki, sözçü ABŞ prezidentinin Putini dövlət başçısı seçilməkdən dolayı təbrik etdiyini xatırladıb:

“Bu protokol əsasında həyata keçirilən bir telefon danışığı idi. Anlamlı bir görüş idi. Üz-üzə görüşmək ehtimallarını danışmaq istədilər və bu mövzuda Xarici İşlər Nazirliyinə təlimat vermə tələblərini dilə gətirdilər. Liderlər üz-üzə görüşmədən problemlərin həll olunmayacağının fərqindədirlər”.

D.Peskov bildirib ki, bu növ görüşlər həyata keçirilmədən qlobal problemlər həllini tapmayacaq:

“Qarşılıqlı təhlükəsizlik ortamı gücləndirilmədən problemlər həll oluna bilməz. Bu görüş üçün çox sayda səbəb var: regional böhranlar, strateji və qlobal təhlükəsizlik, Suriya, Şimali Koreya və s.”

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ