SON DƏQİQƏ

Tramp Türkiyəyə gəlir? - Rəsmi açıqlama

Tarix:

22-01-2017, 12:28

/ 8 182 dəfə oxundu.
Tramp Türkiyəyə gəlir? - Rəsmi açıqlama

Prezidentin yaxın adamları ilə apardığımız danışıqlarda hər iki liderin ən qısa zamanda görüşünün təşkili barədə həmfikir olduq.

 Bunu Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Vaşinqtonda jurnalistlərin suallarını cavablandırarkən deyib.

Trampın ilk səfərini Türkiyəyə edəcəyi iddialarına cavab verən Çavuşoğlu, "Hələ ki, Trampın proqramı dəqiq deyil, ancaq prezidentin yaxın adamları ilə apardığımız danışıqlarda hər iki liderin ən qısa zamanda görüşünün təşkili barədə həmfikir olduq. İki prezident bir araya gələcək, bir yol xəritəsi müəyyən edəcəyik. Bir çox regional problem var. Bütün bu problemlərin öhdəsindən gəlmək və iş birliyimizi artırmaq üçün bir yol xəritəsi üzərində çalışırıq. İki prezidentin bir araya gəlməsindən sonra onların aldığı qərarlar, verdiyi göstərişlər nəticəsində biz də bu yol xəritəsinin həyata keçirilməsi üçün çalışmağa davam edəcəyik", - qeyd edib.(Axar.az)

Gunaz.az
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ