SON DƏQİQƏ
» » Məhkəmə Röyanın iddiası ilə bağlı qərar verdi

Məhkəmə Röyanın iddiası ilə bağlı qərar verdi

Tarix:

6-04-2018, 17:50

/ 10 428 dəfə oxundu.
Məhkəmə Röyanın iddiası ilə bağlı qərar verdi

Səbail Rayon Məhkəməsində hakim Zaur Əliyev əməkdar artist Röya Ayxanın həmkarı, əməkdar artist Aygün Bəylərə qarşı 50 min manat təzminat tələbi ilə qaldırdığı iddia üzrə qərarı açıqlayıb.

Gunaz.az xəbər verir ki, məhkəmə R.Ayxanın iddiasını rədd edib.

R.Ayxan iddia edirdi ki, A.Bəylər ARB televiziyasında çıxış edərkən səsləndirdiyi ifadələrlə onun şərəf və ləyaqətini təhqir edib. Buna görə həmkarını məhkəməyə verən müşənni mənəvi ziyana görə 50 min manat təzminat, həmçinin media vasitəsilə təkzib verməsini tələb edirdi.

Xatırladaq ki, A.Bəylər ARB televiziyasının “Səhər-səhər” verilişində R.Ayxanı yaxşı sənətkar hesab etmədiyini bildirib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ