SON DƏQİQƏ

Xərçəng hüceyrələrini məhv edən MÜKƏMMƏL VASİTƏ

Tarix:12-01-2021, 10:55 Oxunub:4 600

Berqamot ekstraktı xərçəngin müalicəsində faydalı təsir göstərə bilər.

Kalabria Universiteti və Salford Universitetinin alimləri belə qəaətə gəliblər. Onların bununla bağlı tədqiqatları "ScienceDirect” portalında dərc olunub.

Mütəxəssislər berqamotun tərkibində olan brutyeridin və melitidinin xolesterol fermentlərini inhibə etdiyini, xərçəng kök hüceyrələrinin bölünməsinin dayandırılmasına və ölməsinə kömək etdiyini müəyyənləşdiriblər.

Tədqiqatçılar, müasir tibbdə istifadə olunan statin preparatlarından fərqli olaraq, berqamotun ciddi yan təsirləri olmadığını qeyd ediblər.

Alimlər xərçənglə mübarizə üçün berqamotdan yeni, toksik olmayan dərmanlar yaratmaq üçün istifadə edilə biləcəyinə inanırlar.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<