SON DƏQİQƏ
» » Sağlam yaşamağın əsas şərtlərindən biri DƏYİŞİR

Sağlam yaşamağın əsas şərtlərindən biri DƏYİŞİR

Tarix:

3-08-2019, 22:54

/ 917 dəfə oxundu.
Sağlam yaşamağın əsas şərtlərindən biri DƏYİŞİR

Uzun illərdir ki, sağlam həyat, uzun ömür üçün standart sayılan qaydalardan biri dəyişir.

GunAz.az e-tibb.az-a istinadən bildirir ki, indiyə qədər gündə 10 min addım gəzməklə bağlı mövcud olan qayda Harvard Universitetində aparılan araşdırma nəticəsində 7 min 500 addımla əvəzlənir.

Harvard Tibb Məktəbi alimləri 62 yaşdan 101 yaşına qədər olan 16741 qadın arasında dörd il davam edən elmi-tədqiqat araşdırması nəticəsində 7500 addım gəzməyin daha faydalı olduğunu sübut ediblər.

Bununla da erkən ölüm riskini azaltmaq üçün ötən sərin 60-cı illərində yapon marketinqinin yaratdığı, sağlam olmaq üçün gündə 10000 addım atmaq qızıl standartını  sındırıblar.

Hesab olunur ki, gündə 10 min yox, ondan 25 faiz az - 7500 addım gəzməklə də uzun və sağlam yaşamaq olar.

Tədqiqatçılar gündə 4400 addım atan qadınlarda ölüm nisbətinin 40 faizdən çox azaldığını qeyd edərək 7500 addımın çox yaxşı nəticə əldə etməyə imkan verdiyini deyiblər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ