SON DƏQİQƏ

Bakı-Şamaxı yolunda avtomobillər yolda qaldı

Tarix:

24-02-2021, 16:08

/ 5 989 dəfə oxundu.
Bakı-Şamaxı yolunda avtomobillər yolda qaldı

Qeyri-sabit hava şəraiti Bakı-Şamaxı yolunda avtomobillərin hərəkətini çətinləşdirib. Dünən axşam saatlarından yağan güclü qar yolun bəzi hissələrinin buz bağlaması ilə nəticələnib.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Namidan Piriyev açıqlamasında bildirib ki, respublikanın bir çox ərazilərində qar yağması və yolların buz bağlaması səbəbindən bəzi sürücülər yollarda qalırlar:

"Ona görə də sürücülərə tövsiyə edirik ki, bu cür hava şəraitində qarlı-buzlu yollarda nəqliyyat vasitələrini idarə edən təcrübəsi olmayan sürücülər yola çıxmasınlar, həm özləri, həm də digər sürücülər üçün təhlükə yaratmasınlar.

Eyni zamanda təcrübəli sürücülər də hər iki oxu aparıcı olan, qış mövsümünə uyğun millərlə təchiz edilmiş nəqliyyat vasitəsindən istifadə etsinlər. Sürücülər belə havada yolda hərəkətdə olarkən sürət həddini minimuma endirsinlər, qarşıdakı avtomobillərlə ara məsafəsini normadan artıq saxlasınlar ki, toqquşma hallarından yayına bilsinlər".

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ