SON DƏQİQƏ
» » Yol polisindən sürücülərə müraciət — Hava şəraiti ilə bağlı

Yol polisindən sürücülərə müraciət — Hava şəraiti ilə bağlı

Tarix:

16-02-2017, 15:47

/ 3 915 dəfə oxundu.
Yol polisindən sürücülərə müraciət — Hava şəraiti ilə bağlı

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi (BŞBPİ DYPİ) qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar sürücülərə xəbərdarlıq edib.

DYP-nin İctimaiyyətlə əlaqələr bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov  bildirib ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar paytaxt sakinlərinə mümkün qədər ictimai nəqliyyat vasitələrinə üstünlük vermələri tövsiyə olunur.
O vurğulayıb ki, sürücülər avtomobillərini tam saz vəziyyətə gətirib idarə etməlidir:
"Yəni şinlər hava təzyiqi normasında olmalı, təkər şinləri mövsümə uyğun olmalıdır. Bundan başqa, sürücülər sürət həddini minumum seçməli, avtomobillərlə ara məsafəsi maksimum saxlanılmalıdır. Avtomobilin hərəkəti və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraiti və yolda sürüşmə yarandığı təqdirdə yol-nəqliyyat hadisəsi baş verərsə, bu qəzanı törədən sürücünü məsuliyyətdən azad etmir. Həmin sürücülərə inzibati protokol tərtib ediləcək. Eyni zamanda, sürücülər dövlət qeydiyyat nömrəsini, o cümlədən ön və arxa işıqlarının görünməsini təmin etmədikdə məsuliyyətə cəlb ediləcək".
V.Əsədov bildirib ki, piyadalar da hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar ehtiyatlı olmalıdır: "Qarlı havada da piyadalar nəzərdə tutulan keçidlərdən istifadə etməlidirlər".
Qeyd edək ki, hazırda paytaxtın Yasamal rayonu və 3-cü kənar dairəvi yolunda qar asfalt qatının üzərini örtüb. Buna görə də sözügedən yollarda sürət həddi aşağı salınıb.

Gunaz.az
скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ