SON DƏQİQƏ

ATƏT cəbhə xəttində monitorinq keçirəcək

Tarix:

15-01-2020, 10:03

/ 2 075 dəfə oxundu.
ATƏT cəbhə xəttində monitorinq keçirəcək

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, yanvarın 16-da Ağdam rayonu istiqamətində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Bu barədə GunAz.az-a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik, onun səhra köməkçiləri Saymon Tiller və Martin Şuster keçirəcəklər.

Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru keçirəcəklər.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ