SON DƏQİQƏ

Əsli Kazımlı: "Belə bir birliklə bu gün Azərbaycan tarix yazır

Tarix:28-10-2020, 20:33 Oxunub:6 205

Müsahibim Azərbaycan Rifah Partiyasının sədri Əsli Kazımlıdır

- Əsli xanım, Prezident-Xalq birliyi torpaqlarımızı, erməni işğalından azad edir, ərazilərimiz bütövləşir buna münasibətiniz. 
-Bu bütövlük hər kəsi sevindirdiyi kimi məni də sevindirir. Cənab İlham Əliyevin rəhbərliyi  altında Azərbaycan Ordusunun şücaəti   torpaqlarımızın qarış-qarış azad olunması ilə qürur duymamaq mümkün deyil. Tarixi qələbə hissini, Vətən qələbəsi kimi anlayışları bizə gerçək anlam yaşadan həm yenilməz ordumuza, həm Ali baş komandanımıza borcluyuq. Hər gün ordumuzdan qələbə xəbərləri gözləyirik. Millətimizdəki Vətən sevgisi, qorxmazlıq, mərdlik, həmrəylik, kimi faktorları gördükcə insanön cəbhəyə getməməsi mümkün deyil. Bir tarixi fakt var. Bir dəfə Napaleon Bonaparta soruşurlar, "ən çətin olan nədir sizə görə dünyada?”. Napaleon deyir: "Dünyada ən çətin olan bir Türkü hərəkətə gətirməkdir. Ondan da çətin olan isə bir Türkü durdurmaqdır!”. Azərbaycan Türkü 30 il gözlədi. Amma artıq hərəkətə keçdi. Və Cənab Prezidentin də dediyi kimi, "Azərbaycan torpaqlarını geri qaytarana qədər durmaq yoxdur"!
 - Vətən müharibəsi dövründə iqtidar-müxalifət birliyi milli birliyimizə, həmrəy olmağımıza təkan verir, soz bu birliyin davamını necə görürsünüz?
-Cənab Prezidentin ölkədə apardığı islahatların nəticəsidir ki, bu gün müxalif və iqtidar mövqeli insanların ölkə daxilindəki status və hüquqları bərabərdir. İqtidar  və müxalif partiylar bu gün fərqli siyasi mövqelərinə baxmayaraq, Vətən naminə birlik nümayiş etdirərək, birgə bəyanatla çıxış edirsə, deməli bu artıq partiyaların milli birliyimizə bir dəstəyi və təkanı kimi qiymətləndirilməlidir. Bu birliyin davamı, milli ideologiyamıza siyasi mövqeyindən asılı olmayaraq hər kəsin xidmət etməsi faktorudur. İnanın ki, ölkədəki birlik və bərabərliyin, qazandığımız zəfərlərdə böyük payı var. Bu danılmaz bir faktdır. Xaricdə yaşayan soydaşlarımız və digər millətlərin nümayəndələrindən partiyamıza daxil olan mesajlardan, məktublardan onların bizim millətin bir birinə qarşı bu dərəcə həmrəy ola bilməsindən duyğulandıqlarını bildirilər. Bu çox gözəl bir duyğudur. Digər tərəfdən əsil dövlət idarəçiliyi də belə olmalıdır. Bu gün 50 dən artıq siyasi partiyamız fəaliyyət göstərir. Hər bir partiya özü özlüyündə iqtidara rəqib olmaqla yanaşı, əslində bir birlərinə də rəqibdir. Amma məsələ Vətən olunca, bütün siyasi ambisiyalar və maraqlar bir tərəfə, Vətən bir tərəfə olur. Ona görə də, hesab edirəm, iqtidar müxalif birliyi siyasi baxımdan Ordumuzun qazandığı zəfərlərə zəfər qatmış oldu. 
-Rusiya kanalları, ümumiyyətlə dünya siyasətçiləri artıq Azərbaycanı sanballayaraq bizim haqq işimizi dəstəkləyir və reallıqdan danışırlar, buna Ali Baş komandan İlham Əliyevin səlis, diplomatik müsahibələrinin təsiri varmı?
-Bəli, bir çox Rusiya politoloqlarını mən də dinləyirəm. Ötən gün Solavyov və Şevçenkonu dinlədim. Salavyovu hər kəs bilir ki, hər zaman anti Azərbaycan mövqei ilə seçilib. Amma buna baxmayaraq, o Azərbaycanın gücünü  etiraf etdi. Şevçenko "Biz Azərbaycandan belə patriotluq gözləməzdik” deyə bildirdi öz şərhində. Təbii ki, bunlar Ordumuzun şücaəti və qazandığı qələbələrin təsirindəndir. Amma danılmaz bir fakt vardır ki, mətbuat cəbhəsi öz cəbhənin aynasıdır. Ön cəbhədəki gücümüzü sadəcə səlis və reallıqları qorxmadan ortaya qoymağı bacaran media imkanları göstərir. Cənab Prezident isə bu missiyanı heç kəsə həvalə etmədən, bir başa özünün üstləməsi, əslində dövlət rəhbərinin əsl sərkərdə kimi alın təri ilə, biliyi, ağlı və güclü siyasəti ilə o da ən azı Ordumuz qədər hər qələbə üçün sözün əsil mənasında mübarizə aparır, savaşır. Savaş meydanında əsl lider kimi sözlə gərəkən mesajları verir. Elə bir mesajlar ki, ön cəbhədəki güllədən daha keçərli və daha sərt vurur düşməni. Ona görə də, Cənab Prezidentin verdiyi hər bir müsahibəni mən düşmənə qarşı savaşda dağıdıcı həmlə olaraq dəyərləndirirəm. 
-Dünya dövlətləri bizə xammal mənbəyi kimi baxırdı, amma Azərbaycanın hərbi gücü, bu yanaşmanı qırdı.
-Bəli, sadəcə Azərbaycana deyil, ümumiyyətlə böyük güclər hər zaman kiçik dövlətlərə xammal olaraq baxıb. Gözümüzün qarşısında kiçik dövlətlərdə olanlar, xüsusilə Ermənistan faktoru bizə xammal bir dövlət və ya maşa bir dövlət olmağın nə demək olduğunu göstərdi. Cənab Prezident İlham Əliyev  neft ölkəsi olsaqda təhlükəsizliyimizi, sabitliyimizi və inkişaf tempini qoruyub saxlamağa müvəffəq oldu. Hər şeydən əlavə istər iqtisadi, istər diplomatik, istər hərbi sahədə Azərbaycanın heç kəs üçün nə xammal dövlət, nə də maşa dövlət olmayacağını sərt şəkildə dəfələrlə söyləməkdən çəkinmədi. Azərbaycanın hərbi gücündən daha çox, mən deyərdim, bir çox dövlətlərin Azərbaycanla bağlı xəyallarını boşa çıxaran, cənab Prezidentin iradəsi, siyasi çəkisi, qətiyyətli duruşu oldu. Cənab Prezidentin qətiyyətli duruşu, onun hər dəfə qələbə xəbəri aldıqda gözlərindəki sevinc, erməni terrorçuların hücumlarına məruz qalan dinç əhalini gördükcə gözlərindəki nifrəti bu gün Xalq  hiss edir və görür. Baxın, birlik dediyiniz buradan başlayır. Bir ölkədə dövlət başçısının ürəyi Xalqı ilə döyünür. O Xalq qələbəyə məcburdur!
-Əsli xanım belə bir deyim var, torpağa su tökərsən palçıq-qan tökərsən Vətən olar, torpağa tökülən qanımız birliyimizi qoruyacaq?
-Belə bir birliklə bu gün Azərbaycan tarix yazır. Bu birlik və bərabərlik davamlı olduğu sürətdə Azərbaycanın üç rəngli bayrağı bir daha yenilməyəcək! Cənab Prezident başda olmaqla, Ordumuz və Xalqın birliyi ilə işğal altından azad olan hər bir topağımızda dalğalandırdığımız bayrağımız, bu birliyin əbədiləşdirilməsi adına andımız olmalıdır. Hesab edirəm, qanımız, canımız bahasına qazandığımız torpaqlarımızdan asılan bayrağın nə bahasına qazandığımızı unutmamalıyıq. Və gələcək nəsilə biz çiçəklənən Azərbaycanı bəxş etməliyik, işğal altında olan torpaqları deyil. Bu amalla  və  milli ideyalogiyamıza xidmət etməklə Azərbaycan daha çox zəfərlərə imza atacaq! 
 - Şəhidlərimizin ruhu qarşısında belə bir xalq məğlub olmağa qadirdimi?
 -Bu gün qazanılan zəfərin təşəbbüsü və siyasi dəstəkçisi cənab Prezidentdir. Amma Zəfərin memarı Xalqın birliyi, Zəfərin icraçısı Ordumuzdur!  Şəhidlərimizin qanı yerdə qalmır, düşmən layiqincə cəzalandırılır, bu cəzalanıdırma şəhidlərimizin ruhuna, şəhidlərimizin ailəsinə, neçə ildir erməni terroruna məruz qalan ailələr üçün qələbədir. Əli yalın dinç əhaliyə divan tutan erməni terroru qarşısında dimdik ayaqda duran Xalqımız varsa, bizim məğlub olmağa haqqımız yoxdur. Tək yolumuz var, Ya Qarabağ, ya Qarabağ! Çünki Cənab Prezidentin də, dəfələrlə Paşinyanın sözünün qarşısında dediyi kimi desək: "Qrabağ Azərbaycandır!”
-Rəsmi İrəvan məğlubiyyətin astanasındadır, bu məğlubiyyətin əvəzini dinc əhalidən çıxır, bildiyimiz kimi yaşayış məntəqələrimizi ağır arteriyalardan atəşə tutması səbəbindən insan itgilərimiz və çoxlu dağıntılarımız var.
-Rəsmi İrəvan həmişə terror yolunu tutub, keçən əsrin axırlarında biz bunu görmüşük Azərbaycanda neçə-neçə terrorlar törətdilər və indi də bunu davam etdirirlər. 
"Asala" terror təşkilatı ermənilərə məxsusdur, qruplaşma tərəfindən beynəlxalq terror aktları həyata keçirir, "asala" terrorçuları sovet Ermənistanının ərazisini türklərə qarşı inqilabi mübarizənin plasdarmı kimi istifadə ediblər.
 Dünyada yaşayan türk vətəndaşlarına və Türkiyəni dəstəkləyən digər dövlətlərin nümayəndələrinə həmişə terror aktları törədiblər. 
Qruplaşmanın rəhbəri Akop Akopyan 1988-ci ildə Afinada evinin qarşısında öldürülüb. 
Belə terrorlara baxnayaraq mətin xalqımız düşmən qabağından qaçmır, əksinə Ali Baş komandana, ordumuza dayaq olaraq qəhrəmanlıq göstərərək öz yaşayış yerlərini tərk etmirlər.
Dediyim kimi "Dünyada ən çətin olan bir Türkü hərəkətə gətirməkdir. Ondan da çətin olan isə bir Türkü durdurmaqdır!”. 
Dövlət başçısı da, doğru  qeyd etmişdi: "ermənistana yardım olmasa, bu məsələ çoxdan çözülmüşdü. Amma üzümüzə gülüb, ikili standartlardan çıxış edənlər var. Marqlısı odur ki,  ermənistana yardım edənlər mütəmadi olaraq, regiondakı təhlükəsizlikdən danışır. Necə olur bu təhlükəsizlik? Erməni artıq can verir, son nəfəsidir, Azərbaycan Ordusu sözün əsl mənasında Ermənistanın nəfəsini kəsdi. Ermənistanın bütün xəyalları və ümidləri puç oldu". 
Artıq Paşinyanın bütün telefon zənglərinin də ünvanı dəyişdi. Və bunu Cənab Prezidentin siyasi gücü etdi. Məhz Cənab Prezidentin siyasi manevri ilə Paşinyan münaqişənin danışıqlar yolu ilə həllinin olmadığını etiraf etdi. Bu isə Paşinyanı Minsk Qrupunun fəaliyyətsizliyini etiraf etməsi deməkdir. Hazırda Paşinyanın bütün ümidləri boşa çıxıb. İndi Moskvaya Dağlıq Qarabağdakı separatçı qrumun başçısı zəng edir, artıq Rusiyadan yardımı Köçəryan istəyir... Bunlar hamısı onu göstərir ki, Ermənistan başını itirmiş vəziyyətdədir. Hesab edirəm, çox qısa zamanda Bayrağımız Xankəndində də dalğalanacaq! Paşinyan bir məsələni anlamalıdır ki, torpaqlardan çəkilsə də çəkilməsədə beynəlxalq tribunala veriləcək. Bunu birmənalı şəkildə Erməni xalqı etməlidir. Bilərəkdən erməni əsgərlərini Azərbaycan torpaqlarında ölümə göndərir. Bu məsələyə etinasız qalmamalıdır ermənilər. Erməni xalqı anlamalıdır ki, Paşinyan kimi bir insanla yola çıxılmaz. Bu eynən bilirsiniz nəyə bənzəyir? Erməni xalqı velosipedlə  kosmosa getməyi xəyal edir...Buna Paşinyan inanır, bəs Erməni xalqına nə olub? Onlar da reallığı görmür?
-Vətən müharibəsi ərəfəsində arxa cəbhədə dünyanı çənginə alan "koronavirus"la mübarizəni necə aparaq?
-Hesab edirəm, koronavirusu da bir düşmən olaraq görməliyik. Onunlada erməni ilə savaşdığımız kimi savaşmalıyıq. Maska və sosial məsafə- bunun tək yolu budur!  Hər birimiz maska taxarkən bir şeyi düşünməlidir, belə bir zamanda koronavirusun ölkəmizdə artması vəziyyəti iflic hala gətirə bilər. Biz bunu digər dövlətlərin praktikasındada gördük. Ona görə də, maska və sosial məsafəni qorumaq məsələsində birmənalı olaraq, Qarabağ  müharibəsindəki birliyimizi, həmrəyliyimizi qorumalıyıq. Çünki hazırki şəraitdə zəfərin qazanılması üçün, bizlərdə koranavirusu önləyərək zəfərimizi qazanmağa dəstək olmalıyıq. Missiyamız çoxdur və çox ağırdır. Amma birlikdə hər şeyin üstəsindən gələcəyik. 
Qələbə Azərbaycanladır! 
Çox sağ olun! 
Bilman İSAQ

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<