SON DƏQİQƏ
» » Dialoq hansısa məqsədlərə xidmət etməməlidir

Dialoq hansısa məqsədlərə xidmət etməməlidir

Tarix:

25-04-2020, 08:46

/ 3 155 dəfə oxundu.
Dialoq hansısa məqsədlərə xidmət etməməlidir

 

 

Ötən ilin ikinci yarısı və xüsusilə də bu ilin başlanğıcı, islahat siyasəti sahəsində qəbul edilənbir sıra qərarlar, yeni sərəncam və bəzi siyasi addımlar göz qabağındadır. Bu islahatlar prezident İlham Əliyev tərəfindən ölkədə vəd edilən islahatların davamı olaraq görülən işlərdir.

Bu və digər məsələlərlə bağlı ictimaiyyət nümayəndələri ilə müsahibələrimizin davamı olaraq, budəfəki müsahibimiz Bakı Dövlət Universitetinin professoru, media eksperti Qulu Məhərrəmlidir.

- Qulu müəllim bildiyimiz kimi bu gün dünya koronavirusla (COVİD-19) mübarizədədir. Azərbaycan hökumətinin koronavirusla mübarizədə gördüyü tədbirləri siz necə qiymətləndirirsiniz? Ümumiyyətlə koronavirusla mübarizədə dövlət siyasəti sizi qane edirmi?

- Əlbəttə, o şey ki, müəyyən nəticələr verir, o doğru siyasət hesab olunur. Bu baxımdan bizim hökümətin də koronavirusa qarşı apardığı kompleks tədbirlər sistemi özünü doğrultdu və hesab edirəm ki, qaneedici bir məsələdir. Xüsusən martın əvvəllərindən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Bakıdakı nümayəndəliyinin tövsiyəsi ilə ali məktəblərdə və orta məktəblərdə dərslərin bağlanmasını çox həlledici nüans hesab edirəm. Çünki biz İranla qonşuyuq İranda epidemiya tüğyan edəndə Azərbaycan tez bir zamanda tədbirlər gördü. Bəziləri bunu gecikmiş tədbir kimi qınağa aldı. Amma bu heç də gecikmiş qərar deyildi. Gördük ki, görülən tədbirlər öz nəticəsini verir. Başqa ölkələrlə müqayisədə əlbəttə şükür edirik ki, Azərbaycanda proses çox lokal şəraitdə gedir. Epidemiyaya, virusa yoluxanlar var, amma bunun üçün tədbirlər görülür, xəstəxanalar hazırlanılır, həkim heyəti, tibbi personal səfərbər olunub. Bütün bunların hamısının nəticəsidir ki, əlbəttə Azərbaycanda virusa yoluxanların sayı nisbətən azdır və hələlik yəni indiki vəziyyəti başqa ölkələrlə müqayisədə çox qənaətbəxş hesab etmək olar.

- Bəziləri deyirlər ki, karantin rejimindənsə fövqəladə vəziyyətin tətbiq olunması daha məqsədə uyğundur.

- Əsəs məqsəd odur ki, biz sosial izolyasiya prosesini həyata keçirək və bunun üçün də karantin rejimi kifayət edir. Doğrudur hüquqi baxımdan fövqəlada vəziyyət daha sərt tədbirlər tələb edir. Amma karantin rejimi mahiyyət etibarilə lokal məhdud bir sahədə tətbiq olunur, qapalı şərait yaranır və s. Ancaq bu dəqiqə o hüquqi nüansları tartışmağın vaxtı deyil. Hesab edirəm ki, hər halda karantin rejimi elan edilməyin və görülən tədbirlərin özü də ölkənin əsas qanunuyla uyğunlaşdırılır, yəni burda hüquqi mübahisə doğuracaq bir şey yoxdur. Məsələn kimsə işarə edə bilər ki, insan hüququ azadlıqlarıyla bağlı məsələlər, bəli rejimin epidemiya şəraitinin rejiminin özü bütün Avropada, Amerika Birləşmiş Ştatlarının özündə bütün tədbirlərin görülməyini tələb edir. Və mənə də elə gəlir ki, bugünkü nüans da heç bir hüquqi mübahisə yaratmır və əsas məsələ odur ki, bu şəraitdə biz insanların kütləvi yoluxmamalarının qarşısını almaq üçün tədbirlər görürük və bu tədbirlər də müəyyən nəticə verir.

- Dövlət strukturunda aparılan islahatları necə qiymətləndirirsiniz?

- Əlbəttə, artıq bir ildən çoxdur Azərbaycanda aparılan müəyyən dəyişikliklər haqqında danışılır. Vəzifəyə yeni, bacarıqlı gənc qüvvələr gətirilir. Yəni bəzi sahələrdə bunun ürəkaçan nəticələri var, bəzi sahələrdə hələlik elə bir ciddi nəticə görülmür. İstənilən dəyişiklik və islahat, görülən işin və atılan addımın səmərəsi ilə ölçülür. Yəni əgər bu islahat dediyimiz dəyişmələr müəyyən nəticə verirsə, istehsalat irəli gedirsə, insanların rifahı yaxşılaşırsa o sahədə müəyyən effektli nəticələr varsa və insanlar bundan qane olursa, razı qalırsa öz həyatlarında bunu hiss edirlərsə deməli o islahatlar nəticə vermiş olur. Məncə dediyim kimi hələlik bəzi sahələrdə böyük ruh yüksəkliyi və ya böyük nəticələr haqqında danışmaq tezdir, amma əminik ki, bu islahatlar bütün sahələrdə yaxşı tərəfdən öz təsirini göstərəcək. Bu proseslər gedir, bunun üçün siyasi iradə var, addımlar atılır hər halda biz bütün Azərbaycan cəmiyyəti ümid edirik ki, bunlar bizim ölkəmizi irəliyə aparacaq insanların rifahını yaxşılaşdıracaq, Azərbaycanın müdafiə qabiliyyətini möhkəmləndirəcək və onu dünyanın qabaqcıl ölkələri sırasına çıxardacaq. Yəni bu barədə insanların ümidləri çoxdur.

- Hakimiyyət və müxalifət dialoqu haqqında nə deyə bilərsiniz?

- İstənilən cəmiyyətdə dialoq anlayışının özü çox müsbət enerji daşıyır, yəni müxtəlif dünyagörüşlü, müxtəlif məsləkli partiyalar arasında da bu dialoq ola bilir, insanlar arasında da ola bilir, hətta bəzən antaqanist ideyalara mənsub olan qruplar arasında belə dialoqlar gedir. Azərbaycanda da bu var. Xüsusi olaraq son ildə Prezident Aparatında siyasi partiyalarla iş şöbəsi yaradılıb bu çox müsbətdir. Çünki siyasi partiya məsələsi reallıqdır. Cəmiyyət bunların çiynində irəli gedə bilir. İqtidar bəllidir hakimiyyətdədir, müxalifətin olması labüddür, tənqidlərin olması vacibdir. Bu və ya başqa məsələdə yolları müəyyənləşdirmək üçün yanaşmalar fərqli ola bilir və bütün bunların hamısı da əlbəttə dialoqdan keçir. Çünki açıq düşmənçilik bunlar xeyli cəmiyyətdən enerji alır, insanların əhvalını korlayır. Ona görə də bu iqtidar müxalifət dialoqunun olmasını mən müsbət qiymətləndirirəm. Amma bu dialoq əlbəttə ki, çox səmimi bir şəkildə aparılmalıdır. Kimlə kimin arasında dialoqun olması çox vacibdir, eyni məsləbə, eyni məsləkə xidmət edənlər arasında dialoq əlbbətə dialoqsuz da onlar bu yolu gedə bilirlər. Amma, cəmiyyətin fərqli düşünən kəsimi ilə dialoqun aparılması bu hesab edirəm ki, çox vacibdi və bunun üçün siyasi iradənin olması çox önəmlidi. Bu dialoqa bir çox partiyalarqoşulub və əlbbətə biz arzulayardıq ki, bu dialoq daha geniş miqyas alsın, ciddi nəticə versin. Əlbəttə hansısa müxalif qüvvələr dialoqa yaxın gəlmirsə o hansısa məqsədlərə xidmət edir.

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ