SON DƏQİQƏ
» » Gəncə terroru ilə bağlı Dünya ictimaiyyətinə müraciət!

Gəncə terroru ilə bağlı Dünya ictimaiyyətinə müraciət!

Tarix:

14-10-2020, 14:00

/ 2 862 dəfə oxundu.
Gəncə terroru ilə bağlı Dünya ictimaiyyətinə müraciət!

AMEA Hüquq və İnsan Haqları İnstitutu Azərbaycan Respublikasının xarici ölkələrdə yerləşən səfirliklərinə, dünya dövlətlərinin ölkəmizdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinə, eyni zamanda dünya ölkələrində İnstitutumuzun tərəfdaşı olan elmi və pedoqoj müəssisə və təşkilatlara Gəncə terroru ilə bağlı 11 oktyabr 2020-ci il tarixində 3 dildə (azərbaycan, rus, ingilis) beynəlxalq hüquq norma və prinsiplərinin pozulması ilə bağlı müraciət ünvanlamışdır.

--

Dünya ictimaiyyətinə müraciət!

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasının ümumi debatlarının videoformat şəklində aparılan iclasında çıxış edərək Ermənistan tərəinin Ermənistan-Azərbaycan sərhədi boyu mülki vətəndaşları məqsədyönlü şəkildə hədəfə aldığını, təxribatlar törətdiyini və Ermənistan rəhbərliyinin düşməncəsinə verilən Azərbaycanofob bəyanatları və edilən təxribatlar Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığının nümayiş etdirdiyini BMT-nin sessiyasında təşkilatın baş katibi Antoniu Quttereşə və bütün üzv dövlətlərin dövlət başçılarına çatdırmışdır. Lakin Ermənistan Azərbaycan Respublikasına növbəti təxribat törətmək və ərazilərimizi yenidən işğala məruz qoymaq məqsədilə bütün hərbi imkanlardan istifadə edərək hücuma keçmişdir. Bunun nəticəsi olaraq Ermənistan Silahlı Qüvvələri tərəfindən Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndləri 27 sentyabr 2020-ci il saat 06:00 radələrində iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğuları vasitəsilə intensiv atəşə tutulmuş və Azərbaycanın mülki əhalisi arasında həlak olan və yaralananlar olmuşdur. Eyni zamanda mülki infrastruktur obyektlərinə ciddi ziyan dəymişdir.

Buna cavab olaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dinc əhalinin təhlükəsizliyini qorumaq və qoşunların təmas xəttinin yaşayış məntəqələrindən uzaqlaşdırılması məqsədilə ordumuza əks hücum əmri vermişdir. Ölkə başçısı bütün çıxışlarında BMT-nin İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 3, 5, 12 və 28-ci maddələrini rəhbər tutaraq Azərbaycan ordusunun məqsədi hərbi obyektləri və hərbi texnikanın zərərləşdirilməsi məqsədi ilə zərbələr endirilməsini və işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarda yaşayan dinc əhaliyə yönəlmədiyini dəfələrlə səsləndirmişdir. Bunun nəticəsi olaraq silahlı qüvvələrimiz yalnız hərbi obyektləri və texnikanı hədəf almışdır. Bunlara baxmayaraq Ermənistan tərəfi məqsədyönlü olaraq əhali arasında panika yaratmaq məqsədilə və bütün beynəlxalq konvensiyalara, xüsusən Cenevrə Konvensiyasına zidd olaraq Azərbaycan Respublikasının bütün təmas boyunca yerləşən yaşayış məntəqələrini hədəf almışdır.

10 oktyabr tarixində Moskva şəhərində Rusiya Federasiya, Azərbaycan Respublikası və Ermənistanın xarici işlər nazirlərinin görüşü baş tutmuş və görüşün nəticəsi olaraq humanitar məqsədlərlə atəşkəsin tətbiq olunması qərara alınmışdır. Lakin buna baxmayaraq, Ermənistanın silahlı qüvvələri Azərbaycan-Ermənistan sərhəddindən xeyli uzaqda yerləşən bir neçə sərhəddən kənar şəhərimizi uzaqmənzilli raket atəşinə tutmuşdur. Ən ağır zərbə 11 oktyabr gecə saat 02:00-da əhali sayına görə ölkəmizin ikinci ən böyük şəhəri olan və döyüş zonasından xeyli aralıda yerləşən Gəncə şəhərinə vurulmuşdur. Bu Ermənistan silahlı güvvələrinin Gəncəyə növbəti raket atəşi daha iri çaplı raketdəndən atılaraq sıx və çox sayda yaşayan dinc əhalinin yerləşdiyi binaya yönəlmişdir. Raket zərbəsi nəticəsində 35 nəfər xəsarət almış və 9 nəfər həlak olmuşdur. Bu da onu bir daha sübut edir ki, Gəncə şəhərinə atılan raket zərbəsi terror aktıdır və dinc əhalinin məhv olunmasına, eyni zamanda Azərbaycanlılara qarşı soyqırım aktı törədilməsinə yönəlmişdir.

Ermənistanın bu addımının müharibə cinayəti olduğunu və Cenevrə Konvensiyalarının kobud şəkildə pozulması kimi qiymətləndiririk. Beləliklə;

1.1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyaları və onlara 1977 və 2005-ci illərdə əlavə edilmiş üç protokol Beynəlxalq Humanitar Hüququn (BHH) əsas sənədləridir və Ermənistan Azərbaycanın dinc əhalisinə terror aktı həyata keçirərək qeyd olunan sənədlərin müddəalarını kobud şəkildə pozmuşdur.

2.BMT-nin Baş Məclisinin 14 dekabr 1974-cü il tarixli Qətnaməsi ilə qəbul edilmiş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında bəyannamə"də deyilir ki,"Mülki əhaliyə, xüsusilə, onun ən müdafiəsiz hissəsi olan qadınlara və uşaqlara, saysız-hesabsız əzab-əziyyət gətirən hücum edilməsi və onun bombardman olunması qadağandır və belə hərəkətlər pislənməlidir”.

3.Ermənistan insanlıq əleyhinə hərbi cinayətlərə yol verib. Belə cinayətlərin araşdırılaraq hüquqi qiymət verilməsi üçün Beynəlxalq Cinayət Məhkəməsi Haaqa Məhkəməsi mövcuddur. Bu məhkəmə işğal, insanlıq əleyhinə hərbi cinayətlər, soyqırımı kimi cinayətlərə baxır. Unutmaq lazım deyil ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunun 13-cü maddəsi mövcuddur. Bir və bir neçə belə cinayət törədildikdə, BMT Təhlükəsizlik Şurası Beynəlxalq Cinayət Məhkəməsinə istintaqın başlaması üçün müraciət edə bilər.

Nürnberq, Ruanda, keçmiş Yuqoslaviya məhkəmələrinin nizamnamələrinə uyğun olaraq, Ermənistan dövləti tərəfindən törədilmiş terror aktı da hərbi cinayət hesab olunmalı, beynəlxalq ədalət məhkəməsi tərəfindən öz hüquqi qiymətini almalıdır.

Yekunda qeyd olunmalıdır ki, Ermənistanın beynəlxalq humanitar hüquq normalarına və ümumiyyətlə insanlığa zidd olan bu hərəkətlərini AMEA Hüquq və İnsan Haqları İnstitutu olaraq pisləyir, dünyadakı tərəfdaşlarımıza bizə dəstək göstərməsi üçün müraciət edirik.

Обращение к нашим партнерам!

Выступая на общих дебатахв видеоформате75-й сессии Генеральной Ассамблеи ООН,господинПрезидент Ильхам Алиев проинформировал генерального секретаря ООН Антониу Гутерриша и глав государств-членово том,чтоАрмения целенаправленонападаети осуществляетпровокации противмирных гражданвдоль линии соприкосновениявойски армяно-азербайджанской границы, аазербайджанофобские заявления руководства Армении демонстрируют, что Армения готовится к новой войне против Азербайджана.Армения напала на Азербайджанскую Республику, используя все военные средства, чтобы совершить новую провокацию и оккупировать новые наши территории.

27 сентября 2020 года в 06:00 вооруженные силы Армении атаковали село Гапанлы Тертерского района, села Чираглыи Орта Гервенд Агдамского района, села Алханлы и Шюкюрбейли Физулинского района и село Джоджуг Марджанлы Джебраильского района с применением крупнокалиберного оружия, минометов и различных артиллерийских установок. Среди азербайджанского населения были тяжело раненные и погибшие.В то же времясерьезнопострадала гражданская инфраструктура.

В ответ президент Азербайджанской Республики господин Ильхам Алиев отдал приказ о начале контрнаступления, чтобы предотвратить повторные потери мирных жителей, разрушение инфраструктуры и отдалитьлинию соприкосновения от населенных пунктов.Во всех своих выступлениях глава государства, руководствуясь статьями 3, 5, 12и 28 Всеобщей декларации прав человека ООН,неоднократно заявлял, что целью ВС Азербайджана является нанесение ударов по военным объектам и военной технике, а не по мирным жителям, проживающим в оккупированном Нагорном Карабахе и прилегающих районах, и призывал мирное население держаться подальше или покинуть территории, расположенные вблизи военных объектов. Несмотря на это, армянская сторона,нарушая все международные конвенции ис целью посеять панику целенаправленно наносила удары по населенным пунктам на всей территории Азербайджанской Республики.

10 октября в Москве состоялась встреча министров иностранных дел Российской Федерации, Азербайджанской Республики и Республики Армения, по итогам которой было принято решение о прекращении огня в гуманитарных целях. Однако вооруженные силы Армении подвергли ракетному обстрелу несколько наших городов.Самый сильный удар был нанесен в ночь на 11 октября в 02:00 по Гяндже, второму по численности населения городу страны, расположенному вдали от зоны боевых действий. Очередная крупнокалиберная ракета, выпущенная с территории Армении по Гяндже, была нацелена на густонаселенный район. В результате взрыва ракеты пострадали 35 человек, 9 погибли. Это еще раз доказывает, что ракетный обстрел города Гянджа был террористическим актом и направлен на уничтожение мирного населения, а также актом геноцида против азербайджанцев.

Господин президент назвал данный шаг Армении военным преступлением и грубым нарушением Женевскихконвенций.Таким образом, Республика Армения грубо нарушила:

-Женевские конвенции от 12 августа 1949 года и тридополнительныхпротокола 1977 и 2005 гг., которыеявляются основными документами международного гуманитарного права (МГП).

- ПринятуюГенеральной Ассамблеей ООН 14 декабря 1974 г.Декларацию«Озащите женщин и детей в чрезвычайных ситуациях ипериодвооруженных конфликтов», котораягласит:«Нападения на гражданское население и бомбардировки его, причиняющие неисчислимые страдания, особенно женщинам и детям, которые составляют наиболее уязвимую часть населения, запрещаются, и такие действия подлежат осуждению».

-Уставы Международный уголовных трибуналов по Нюрнбергу, Руанде и бывшей Югославии.

В заключение следует отметить, чтоИнститут права и прав человекаНациональнойакадемиинаук Азербайджана, осуждает эти действия Армении, противоречащие нормам международного гуманитарного права и человечества в целом,квалифицируя их как военные преступления,иобращается за поддержкой кнашим партнерам в мире.


Appeal to the world community!

 

Mr. President Ilham Aliyev addressed the 75th session of the UN General Assembly in a video format. Armenian contact line and Armenia-Azerbaijan targeted civilians along the border, committed provocations and Armenia phobic statements and provocations against the Azerbaijan. He informed the UN Secretary General Antonio Guterres and the heads of state of all member states at the UN session that Armenia was preparing for a new war against Azerbaijan. Armenia attacked the Republic of Azerbaijan using all military means in order to commit another provocation and re-occupy our territories. As a result, the Armenian Armed Forces attacked Gapanli village of Tartar region, Chiragli and Middle Garvand villages of Aghdam region, Alkhanli and Shukurbayli villages of Fuzuli region and Jojug Marjanli village of Jabrayil region on September 27, 2020 at 06:00 with large-caliber weapons, mortars and various caliber artillery devices. There were heavy casualties among the Azerbaijani civilian population. At the same time, civilian infrastructure was severely damaged.

 

In response, the President of the Republic of Azerbaijan, Mr. Ilham Aliyev, ordered a counterattack on our army in order to protect the security of the civilian population and move the line of contact away from the settlements. In all his speeches, the head of state repeatedly referred to Articles 3, 5, 12 and 28 of the UN Universal Declaration of Human Rights. As a result, our armed forces targeted only military facilities and equipment. Nevertheless, the Armenian side purposefully targeted all settlements along the contact line of the Republic of Azerbaijan in order to create panic among the population and in violation of all international conventions, in particular the Geneva Convention.

A meeting of the Foreign Ministers of the Russian Federation, the Republic of Azerbaijan and Armenia took place in Moscow on October 10, and as a result of the meeting it was decided to impose a ceasefire for humanitarian purposes. However, despite this, the Armenian armed forces fired long-range missiles at several cities outside the Azerbaijani-Armenian border. The heaviest blow was struck at 02:00 on October 11 in Ganja, the second largest city in the country in terms of population and located far from the battle zone. The next rocket fired by the Armenian armed forces at Ganja was fired from a larger-caliber missile and aimed at a building with a large and densely populated civilian population. As a result of the missile strike, 35 people were injured and 9 died. This proves once again that the rocket attack on the city of Ganja is an act of terrorism and is aimed at the destruction of the civilian population, as well as the act of genocide against Azerbaijanis.

We consider this step by Armenia to be a war crime and a gross violation of the Geneva Conventions. Thus;

1.The Geneva Conventions of August 12, 1949 and the three protocols annexed to them in 1977 and 2005 are the main documents of International Humanitarian Law (IHR), and Armenia has grossly violated the provisions of these documents by committing an act of terrorism against the civilian population of Azerbaijan.

2."The Declaration on the Protection of Women and Children in Emergencies and Armed Conflict.", adopted by the UN General Assembly on 14 December 1974, states that"the civilian population, especially its most vulnerable women and children, "Attacks and bombings that cause untold suffering are prohibited and should be condemned."

3.Armenia has committed war crimes against humanity. The International Criminal Court (ICC) has Hague Court to investigate and prosecute such crimes. This court hears crimes such as occupation, war crimes against humanity, and genocide. It should not be forgotten that there is Article 13 of the Rome Statute of the International Criminal Court. When one or more such crimes are committed, the UN Security Council may appeal to the International Criminal Court to initiate an investigation.

According to the charters of the courts of Nuremberg, Rwanda and the former Yugoslavia, the act of terrorism committed by the Armenian state must also be considered a war crime and must have its legal value by the international court of justice. 

In conclusion, it should be noted that the Institute of Law and Human Rights of ANAS condemns these actions of Armenia, which contradict the norms of international humanitarian law and humanity in general, and we appeal to our partners around the world to support us.

Leyla Məmmədova
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri,
HT sədri

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ