SON DƏQİQƏ
» » Ermənistanın mülki əhalini hədəf alması vandalizmin nümunəsidir

Ermənistanın mülki əhalini hədəf alması vandalizmin nümunəsidir

Tarix:

5-10-2020, 16:55

/ 4 264 dəfə oxundu.
Ermənistanın mülki əhalini hədəf alması vandalizmin nümunəsidir


Oktyabr ayının 3 və 4-ü tarixlərində Cəbrayıl, Ağdərə, Tərtər rayonları istiqamətində bir sıra ərazilərin düşməndən təmizlənməsi, azad edilməsi və bayraqlarımızın tarixi torpaqlarımızda dalğalanması Ermənistanın militarist və şovinist rəhbərliyini daha da azğınlaşdırıb.

Elə bu səbəbdəndir ki, oktyabrın 4-də Gəncə, Mingəçevir, Tərtər, Beyləqan, Xızı və Abşeron raket atəşinə məruz qaldı. Nəticədə mülki əhaliyə və infrastruktura ciddi zərər dəydi. Bütün bunlar isə əlbəttə ki, bir daha Ermənistanın barbarlığını, təcavüzkarlığı nümayiş etdirdi. Ona görə də, buna dünya birliyi susmamalıdır. Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycan Ordusunun inamla irəliləməsi, tarixi ədaləti bərpa etməsi Ermənistanın aqressivliyini və barbarlığını daha da genişləndirə bilər.

Azərbaycanın tələb etdikləri tamamilə beynəlxalq hüquqa müvafiqdir, çünki bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dünyanın heç bir ölkəsi "Dağlıq Qarabağ respublikası”nı tanımır. Həll yolunun tapılması üçün vasitəçilik aparmaq məqsədilə Minsk qrupu artıq 28 ildir ki, fəaliyyət göstərir və heç bir nəticə yoxdur. Bunun əsas səbəbi Ermənistanın mövqeyidir, ikinci səbəb isə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qətnamələrinin icrasına başlamaq üçün vasitəçilər tərəfindən təkid göstərilməməsi və təzyiqin olmamasıdır. Onlar hələ də İrəvanın təcavüzkarlıq əməllərinə susurlar və heç bir addım atmırlar. Əgər beynəlxalq təşkilatlar bu gün Ermənistanın barbar hücumlarına münasibət bildirməsə, İrəvana qarşı tənbeh tədbirləri görməsə, vəziyyət daha da gərginləşə bilər. Neçə illərdir cənab Prezident İlham Əliyev dünya birliyinə Ermənistanın yeni müharibəyə hazırlaşdığını bəyan edərək təcavüzkara qarşı tədbirlər görülməsinə çağırsa da, heç bir qabaqlayıcı tədbir görülmədiyi üçün bu gün Azərbaycan xalqı ədaləti özü təmin edir. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın Baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdır. Onun qəbuledilməz "yeddi şərti” tərəfimizdən rədd edilmişdir. Bizim sülhə nail olmaq üçün yeganə şərtimiz var: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi olaraq tanıyır. Bu səbəbdən də, nə qədər gec deyil Ermənistanın mülki əhaliyə qarşı hücumlarını dayandırması üçün dünya birliyi hərəkətə keçməlidir.

Ali Baş Komandanımızın qətiyyəti, sarsılmaz mövqeyi və ordumuzun qüdrəti hər bir Azərbaycanlını qürurlandırır. Qarabağ Azərbaycandır!

Sadıqov Kərəm 

"Hərbi vətənpərvərlik və mütəxəssis hazırlığı mərkəzi MMC”nin

Sabunçu rayon filialının direktoru


скачать dle 12.1

Şərhlər