SON DƏQİQƏ
» » Ermənilərin faşist əməllərini dünya kəskin şəkildə qınamalıdır

Ermənilərin faşist əməllərini dünya kəskin şəkildə qınamalıdır

Tarix:

14-10-2020, 10:30

/ 4 161 dəfə oxundu.
Ermənilərin faşist əməllərini dünya kəskin şəkildə qınamalıdır

Erməni vandalizminin tarix boyu təkrarlandığı və dünyada azərbaycanlılara, türklərə qarşı ermənilərin apardığı terror aktının illərdir ki, davam etdiyi hamıya məlumdur. Ermənistan dövlətinin dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardığı terror müharibəsi 80-ci illərdən ardıcıl xarakter aldığı da bir faktdır. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun ətrafındakı rayonlarda kütləvi vahimə yaratmaq, çoxlu insan tələfatına nail olmaq məqsədi ilə Ermənistanın xüsusi xidmət orqanları hərbi əməliyyatların getdiyi ərazilərdən xeyli uzaqda, dinc azərbaycanlı əhalisinin yaşadığı məntəqələrdə 30-dan çox terror aktı təşkil etmişdir. Nəticədə, yüzlərlə günahsız insan həlak olmuşdur. "Tbilisi-Bakı" marşrutu ilə hərəkət edən sərnişin avtobusunu, "Moskva-Bakı" sərnişin qatarını, "Ağdam-Şuşa" istiqamətinə uçan Mİ-8 helikopterini, "28 may", "Gənclik", "20 yanvar" metro stansiyalarında törədilən və s. partlayışlar nəticəsində çoxlu sayda soydaşımız erməni terrorunun qurbanına çevrilmişdir.

XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni faşist ideologiyasının digər bir nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Əslində Ermənistan illərdir bu siyasəti yürüdür, son hərbi əməliyyatlar bunu bir daha dünyaya göstərdi. Bildiyimiz kimi, 10.10.2020-ci il tarixdə imzalanmış humanitar atəşkəsdən sonra gecə saatlarında mülki şəxslərə qarşı növbəti dəhşətli cinayət törədilmişdir. Gəncə şəhəri bombardman edilmiş, şəhər raket atəşinə məruz qalmışdır. Bunun nəticəsində mülki vətəndaşlar həlak olmuş, qadınlar və uşaqlar yaralanmışlar. Baxmayaraq ki, erməni ictimai-siyasi dairələri Gəncədəki baş verən qanlı olayları dünyaya başqa adla təqdim etməyə çalışır, lakin onların bu cəhdləri baş tutmayacaq. Çünki bütün dünya, xarici ölkələrin Azərbaycanda akreditə olunmuş diplomatik nümayəndəlikləri və beynəlxalq təşkilatlar öz gözləri ilə erməni vəhşiliklərinin şahidi oldular.

Onlar faşist ideologiyası ilə silahlanmış, insanlıqdan, xeyirxahlıqdan, bəşəri dəyərlərdən məhrum bir varlıq kimi təkcə Azərbaycan və Qafqazda deyil, bütün bəşəriyyət üçün də təhlükə yaratmağa davam edəcəklər. Ermənistanın Azərbaycan torpaqlarında verdiyi qurbanlar isə sırf Paşinyanın məsuliyyətsiz və yırtıcı siyasətinin qurbanlarıdır. Ermənilərin faşist əməllərini dünya görməlidir. Həm hökumət, həm də ictimaiyyət olaraq beynəlxalq səviyyədə erməni vəhşiliklərini dünyaya çatdırmaqda davam etməliyik.

Artıq Erməni faşizmi Azərbaycan üçün qorxulu olmasa da, yoluxmağa meyilli pis nümunə kimi bütün dünya üçün təhlükəlidir. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən diasportəşkilatlarımızdahaintensiv işləyərək və birləşərək Azərbaycan həqiqətlərini lazımi beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə çatdıraraq düşmənlərimiz olan ermənilərin layiqli cavablarını verəcəklər.

Abduləzizov Mehman,

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində

Neft- Energetika kollecinin direktoru


скачать dle 12.1

Şərhlər