SON DƏQİQƏ

BABASINDAN BİXƏBƏR NİKOL – CAVİD İSMAYIL YAZIR

Tarix:18-05-2020, 15:01 Oxunub:3 310

Bu günlərdə Ermənistanın Baş naziri Nikol Paşinyan babasının fotosunu paylaşaraq onun sovet ordusunun sıralarında faşizmə qarşı döyüşdüyünü və onunla fəxr etdiyini bəyan etdikdən sonra  bu xəbər bütün mediada ildırım sürətilə yayıldı. Başqalarına vaxt çatmadan elə ermənilərin özlərinin apardıqları araşdırmalar  çox maraqlı bir faktı üzə cıxartdı.

Bəlli  oldu ki, Paşinyanın fəxr etdiyi babası, doğrudan da, döyüşlərdə iştirak edib,  lakin bir əmması var. Əmması da ondan ibarətdir ki, Paşinyanın babası sovetlər tərəfindən deyil, nasist-faşist Almaniyası tərəfindən döyüşüb. Bunları təsdiq edən tarixi sənədləri də elə məhz ermənilərin özləri media vasitəsilə dünyaya çatdırdılar.

Vəziyyəti belə görən Paşinyan bu dəfə də özü özünü təkzib edərək deyilən şəxsin babası olmadığını iddia etmək istədi. Lakin faktların sanballı arxiv sənədlərinə istinadını gördükdə həm özü, həm də tərəfdarları  bəyanatlarında babasına görə Nikolun cavabdeh olmadığını bildirdilər.

Bu məsələ bu gün də İrəvanda gündəmdədir. Hərdən düşünürəm ki, digər tərəf bir az da təzyiq etsə, bu dəfə də Nikol babasını qarışdırdığını və bunda da nənəsi Aykanuşun günahkar olduğunu iddia edəcək.Təbii ki, əgər  belə  bir  hadisə  baş  verərsə, heç təəccüblənmərəm. Əslində  ermənilərin özləri də  təəccüblənməzlər. Çünki, anahit tayfasından törənənlərdə buna bənzər məsələlər adi haldır. Zənnimcə, dünya antropoloqları belə bunları təhlil etsələr, bunların ana mayasının – genetik formalaşmasında az qala dünya xalqlarının hər birinin hüceyrəsini aşkar etmiş olarlar.

Nə isə, qayıdaq mətləbə.

11 oktyabr 2019-cu ildə Aşqabadda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, MDB dövlət  başçıları ilə görüşündə demişdi: "Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaragen Nijde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaragen Ter-Arutyunyana heykəl qoyub… Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur.”

Az əvvəl isə bir yazı hazırlayarkən qarşıma ermənilərin 2013-cü ildə İkinci Dünya müharibəsi zamanı Hitler Almaniyası tərəfindən döyüşən, milli qəhrəmanları hesab etdikləri cəllad, qaniçən Qaragen Nijdeyə yeddi milyona ərsəyə gətirdikləri filmlə tanış oldum. Bu filmin təkçə 5 dəqiqəsinə baxmaq kifayətdir  ki, erməni xislətini görüb,onların insanlığın üz qarası olmasına əmin olasan.  Həmin epizodda quldur Nijdey: "Türklər bizim düşmənimizdir, biz onları məhv etməliyik, onlar bizim torpaqlarımızı işğal ediblər, onları məhv etməliyik…” sözlər işlətməklə odlu-alovlu çağırışlar edir. Bəli, əsl erməni xisləti, erməni məfkurəsini göstərir!

Elə bu söz-söhbətlərin cərəyan etdiyi, Nikolun nənəsinə gözlərin tuşlandığı zaman, 1001 qarışıqdan əmələ gələn Nikol fikirləşir və gündəmi dəyişmək üşün öz aləmində mövzu tapır. Mövzu da, nə olsa yaxşıdır?, bizim Məhəmməd Əmin Rəsulzadə. Bəli, bütün Türk dünyasında və müsəlman Şərqində ilk dünyəvi Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə.

Nikol, diqqətlə oxu, Azərbaycan xalqı və Azərbaycan dövləti öz dəyərlərini yaxşı tanıyır və ona sahib çıxır və çıxmalıdır.

Elə Nikolun son sərsəmləməsində yadıma ümummilli lider Heydər Əliyevin bu sözlərini düşdü" Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi, xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Azərbaycanın bütün vətəndaşları – biz Azərbaycan Xalq Cümhuriyyətini yaradanları, o dövrdə qəhrəmanlıq nümunələri göstərən insanları böyük minnətdarlıq hissi ilə yad edirik…”

Dövlət, siyasi və ictimai xadim, dissident, azadlıq hərəkatının liderlərindən olan Azərbaycanın ikinci prezidenti Əbülfəz Elçibəy Azərbaycan Respublikası Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktınının qəbulu zaman, 18 oktyabr 1991-ci il tarixdə demişdi; " Azərbaycan Müstəqillik aktının bərpası, Azərbaycan respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin  və onun qurucularının varisidir”.  Xatırladım ki, Azərbaycan Xalq Cümhuriyyətinin  qurucuları Məhəmməd Əmin Rəsulzadə, Xoyski Fətəli xan İsgəndər xan oğlu, Şaxtaxtinski Həmid ağa Xəlil oğlu, Topçubaşov Əlimərdan bəy Ələkbər bəy oğlu və s. olmuşdur.

Dəyərlərimizə daim qiymət verən və onu  yaşadan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev isə: "Məhəmməd Əmin Rəsulzadə xalqımızın müstəqillik idealının gerçəkləşdirilməsində, Azərbaycanın tarixi dövlətçilik ənənələri zəminində milli dövlət quruluşunun dirçəldilməsində, milli istiqlal ideyalarının geniş yayılmasında böyük xidmətlər göstərmiş və siyasi publisistikası ilə ədəbi-ictimai fikir tariximizə layiqli töhfələr vermiş görkəmli ictimai-siyasi xadimdir” sözlərini ifadə etmişdir.

Nikol, doğru dediyin odur ki,  ümummilli lider Heydər Əliyev 29 dekabr 1993-cü il tarixdə, Azərbaycanın görkəmli ictimai-siyasi xadimi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 110 illik yubileyinin keçirilməsi haqqında fərman, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Məhəmməd Əmin Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında” 22 noyabr 2013-cü il tarixli sərəncam imzalamışlar.

Nənəsinin yalan danışdığı Nikola da sonda bunları çatdırım. Məhəmməd Əmin Rəsulzadə öz silahdaşları ilə birgə müsəlman Şərqində ilk dünyəvi Demokratik Respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurucusudur. Bu gün, 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikası da elə 1918-1920-ci illərdə cəmi 23 ay  mövcud olan,  həmin 23 ayda dünya demokratiya anlayışında özünəməxsus xidmətləri olan və demokratik dövlət kimi tarixə düşən Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisidir.

Nikol, o əlində tutduğun qəzeti heç olmasa "dəlil” kimi içtimailəşdirməmişdən öncə  anlayanın birindən orada nə yazıldığını və nə məna verdiyini  soruşardın! Orda yazılanlar bunlardır: "Biz yalnız və yalnız istiqlalımız üçün hərb edirik. Bizi bu müqəddəs məfkurədən vaz keçirəcək hec bir bəşəri qüvvət yoxdur”. Bu sözləri siz anlamazsınız!!! Əslində bu ideoloji xətt, sənin cəfəng fikirlərinə cavabdır!!! Lakin anlayana. Onu da hayların içindən hardan tapasan?!

Yeri gəlmişkən, elə öz cəmiyyətimizə də Türk dünyasının atası Mustafa Kamal Atatürkün sözləri ilə başlayaraq müraciət etmək istəyirəm”Milli birliyi olmayan xalq, başqa xalqların şikarı olar!” Zaman-zaman biz başqalarının şikarı olmuşuq. Bu gün də bunu istəyən, müstəqilliyimizi həzm edə bilməyən qüvvələr var.

Unutmayaq ki, biz bütün düşmənlərimizə birliyimiz və bərabərliyimizlə silahlanaraq qalib gələ bilərik.

Çünki biz bir yerdə güclü və yenilməz olarıq! Odur ki, məsələ dəyər olanda, susma! Vahid mövqedən fikrini de! DÜŞMƏN DƏ BİRLİK VƏ BƏRABƏRLİYİMİZİ GÖRSÜN! Son sözü isə, Azərbaycan Silahlı Qüvvələri deyəcək!

Cavid İSMAYIL


 


 

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<