SON DƏQİQƏ
» » Yazıçımız 38 ölkəni qabaqlayaraq qızıl medalı qazandı

Yazıçımız 38 ölkəni qabaqlayaraq qızıl medalı qazandı

Tarix:

29-05-2018, 08:10

/ 10 601 dəfə oxundu.
Yazıçımız 38 ölkəni qabaqlayaraq qızıl medalı qazandı

Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LİFFt festivallar festivalında, Rusiya Federasiyasının Soçi şəhərində bu il ilk dəfə Azərbaycanı 38 ölkə arasında tanınmış yazıçımız Varis təmsil edib.

Gunaz.az xəbər verir ki, Ədəbiyyat üzrə LİFFt festivallar festivalında münsiflər heyətinin yekdil qərarı ilə yazıçımız Varis qızıl medala layiq görülüb. "Bu qələbəmi Azərbaycan Cumhuriyyətinin 100 illiyinə həsr etdim" bunu facebook səhifəsində oxucuları ilə paylaşan Varis bildirib ki: "Materikin 38 ölkəsinin və Rusiyanın 50 regionunun ədəbiyyat xadimləri, dövlət məmurları, səfirlər, konsullar, media mənsubları bizim 100 illiyimizi alqışladılar".

Xatırladaq ki, əvvəlki iki “LiFFt” festivallar festivalının qalıbləri Konstantin Kedrov-Çelışev (Rusiya) və Oljas Süleymenov (Qazaxıstan) olublar.
 "Soçidən əziz xalqımı təbrik edirəm!" təbriki ilə qonşu ölkədən xalqımızın cümhuriyyətini də təbrik edib.

Bu gecə yazıçı Varis vətənə dönüb, yazıçını ilk qarşılayanlar arasında Gunaz.az saytının əməkdaşları da var idi.

Biz də yazıçımızı bu uğuru münasibəti ilə təbrik edirik.

Yazıçımız 38 ölkəni qabaqlayaraq qızıl medalı qazandı

 

Yazıçımız 38 ölkəni qabaqlayaraq qızıl medalı qazandı

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ